BMT: Yəməndə durum son dərəcə acınacaqlıdır
Posted on : Digər sahələr 12/15/2018
Birləşmiş Millətlər Təşkilatının baş katibinin humanitar məsələlər üzrə müavini BMT Təhlükəsizlik Şurasının Yəmən barədəki iclasında deyib: Yəmən dünyanın ən dərin humanitar böhranı ilə üz-üzədir.
İRİB-in verdiyi məlumata görə, Mark Lokok yəmənli ailələrin çoxunun evsiz-eşiksiz olduğunu bildirərək deyib: Yəməndə milyonlarla insan səmərəsiz qidalanmanın fəsadlarından əziyyət çəkir.
BMT-nin Yəməndəki humanitar məsələlər üzrə koordinatoru da xəbərdarlıq edib ki, Yəməndə müharibənin davam etməsi ümumölkə qıtlığa səbəb olacaq.
Lise Qrandi deyib: Yəmən müharibəsi dayandırılmazsa əsrin ən böyük qıtlığı baş verəcək.
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüza bu ölkəni ərzaq və dərman qıtlığı ilə üz-üzə qoyub.