Suriya YUNİSEF-i ABŞ-ın bu ölkədə törətdiyi qətliamla bağlı təcili tədbirlər görməyə çağırır
Posted on : Digər sahələr 12/12/2018
Suriyanın XİN rəhbəri, BMT-nin uşaq fondunun rəhbəri Henrietta Forla görüşü zamanı bildirmişdir ki, YUNİSEF daxil olmaqla beynəlxalq təşkilatlar, Amerikanın Suriyadakı koalisiyası qarşısında susmamalıdır.

"Tashaio.com"un "parstoday.com" agentliyinə istinadən verdiyi xəbərə görə, Feysal əl-Miqdad beynəlxalq Assambleyada çıxışı zamanı, Amerika koalisiyasının Suriyada etdiyi cinayətləri qeyd edərək bildirmişdr ki, ABŞ koalisiyasının Suriyaya hücumu beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdı.
Eyni zamanda Suriyanın XİN rəhbəri, beynəlxalq təşkilatları və YUNİSEF-i təkidli surətdə, vətənə qayıtmış Suriya qaçqın uşaqlarını ilk ehtiyac əşyaları ilə təmin etməyə çağırmışdır. YUNİSEF-in icraçı direktoru bildirmişdir ki, o, suriyalı uşaqlarını əhatə edən bütün mövzular üzrə ölkəylə əməkdaşlıq edir.