header

 Ayətullah Xamenei: “ABŞ və müttəfiqləri bizə heç bir şey edə də bilməyəcək”

“Şəhadəti olan millətin əsarəti olmaz. Şəhadət və Allah yolunda addımlamağın çətinliklərində əzim nümayiş etdirən bir millət mütləq səadətə və böyük müvəffəqiyyətlərə nayil olacaqdır. Heç bir güclü ordu bu millətin qarşısında tab gətirə bilməz. Bu cür xalq həmişə qalib olar, öndə olar.”

“Tashio.com” “farsnews”-a istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabının Ali Dini Rəhbəri Ayətullah Seyyid Əli Xamenei, bu gün, günün birinci yarsında paytaxt Tehranda İslam İnqilabı və müqəddəs hərəmlərin müdafiəsi yolunda canından keçənlərin ailələri ilə görüşdə deyib.

 

Ayətullah Xamenei son vaxtlarda baş verən hadisələrə işarə edərək düşmənin müxtəlif məkirli hiylələrindən danışıb.

 

Ali Lider, ABŞ-ın və digər düşmən ölkələrin hiylələrinə, ölkə daxılındə iğtişaşlar yaratmaq planlarına və İnqilabın 40 illyinə toxunaraq qeyd eliyib:

“Amerikalılar bu il İranda qızmar yay olacağı, iranlılar İnqilabın 40-cı ilini görməyəcəklərini deyirdilər. Lakin  bu il yay gözəl oldu, bu da onlar üçün bir göz dağı oldu. Onlar əllərindən gələni etdilər. Artıq planları bitib.”

 

Ayətullah Xamenei bütün bunlara baxmayaraq müsəlmanları diqqətli olmağa, hiylələrə aldanmamağı tövsiyə edib.

 

Ayətullah Xamenei indiki gənclərin əzm və iradəsini, İnqilaba bağlılığını bir möcüzə adlandırıb. Bildirib ki, indiki gənclər inqilab zamanı hələ dünyaya gəlməmişdilər. Lakin onların imanı, əzmi, inqilaba bağlılığı çox möhkəmdir, hətta inqilab vaxtının mücahidlərinin əzmi qədərdir.

 

İran İslam İnqilabının Ali lideri həmçinin Amerika ilə ittifaqa girərək Yəmənə hücum edən Səudiyyə Ərəbistanı hakimiyyətini kəskin tənqid edib. Onları Quranın “müsəlmanlarla mərhəmətli olmaq, qarşı tərəfi düşmən bilmək” ayəsinə əməl etmədikləri üçün tənqid edib.

 

Ayətullah Xamenei çıxışı zamanı bildirib ki, “ABŞ və müttəfiqləri bizə heç bir şey edə də bilməyəiblər, bundan sonra da bir şey edə bilməyəcəklər.”

“Şəhadəti olan millətin əsarəti olmaz. Şəhadət və Allah yolunda addımlamağın çətinliklərində əzim nümayiş etdirən bir millət mütləq səadətə və böyük müvəffəqiyyətlərə nayil olacaqdır. Heç bir güclü ordu bu millətin qarşısında tab gətirə bilməz. Bu cür xalq həmişə qalib olar, öndə olar.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap