İŞİD-in daha bir murdarlığı: 1 şəhərdə 7 kütləvi məzarlıq tapıldı
Posted on : Digər sahələr 12/12/2018
Suriyada İŞİD terror təşkilatının daha bir cinayətinin üstü açıldı.
Tashaio.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu Əbu-Kəmal şəhərinin yaxınlığında terror qurbanlarının basdırıldığı 7 kütləvi məzarlıq aşkar edib.
Qeyd edilir ki, həmin məzarlıqlarda kimliyi müəyyən edilməmiş yüzlərlə suriyalının cəsədi tapılıb. Həmin insanlar İŞİD terrorçuları tərəfindən qətlə yetirilib.
Xatırladaq ki, daha öncə Suriyanın Raqqa şəhərinin yaxınlığında 516 terror qurbanının basdırıldığı kütləvi məzarlıq tapılmışdı.