header

 Ayətullahul Üzma Seyyid Əli Xameneinin şəri suallara cavabları - YENİ

Ayətullahul Üzma Seyyid Əli Xameneinin yeni şəri suallara cavabları

Tashaio.com "Leader.ir" saytına istinadən  Ayətullahul Üzma Seyyid Əli Xameneinin yeni şəri suallara cavablarını təqdim edir:  
 
Quranı yerə qoymaq
 
Sual-1: Quranı yerə qoymağın bir qəbahəti varmı?
 
Cavab: Əgər camaat arasında bu iş Qurana hörmətsizlik sayılırsa, olmaz.
 
 
Musiqi alətləri almağın hökmü
 
Sual-2: Mən gitara almaq və özüm üçün musiqi çalmaq istəyirəm. Məqsədim fəsad ya ğina üçün istifadə etmək deyil. Bunun şəri cəhətdən qəbahəti varmı?
 
Cavab: Musiqi alətində ifa etmək "ləhv" * deyilsə, eybi yoxdur. Amma daha yaxşı olar ki, əziz gənclər qiymətli vaxtlarını lazımdlı və faydalı elm və texnologiyanı öyrənməyə sərf etsinlər. Boş vaxtlarını isə idman və sağlam istirahətlə doldursunlar.
-----------
*Ləhv insanı Allahdan və mənəviyyatdan uzaqlaşdıran, laqeydliyə, mənəvi boşluğa, faydasız işlərə və günaha sürükləyən işlərə deyilir.
 
 
Namaz halında salamın cavabını vermək
 
Sual-3: Əgər namaz əsnasında kimsə insana salam versə, cavabını necə verməlidir?
 
Cavab: Verilən salama dərhal cavab verməli, “salam” sözünü əvvələ salmalıdır. Məsələn, ona "Salam əleykum" deyibsə, cavabında "Əs-səlamu əleykum" və ya "Salam əleykum" deməli və "əleykum salam" deməməlidir.
 
Qeybətinin edilməsinə raz olan adamın qeybəti
 
Sual-4: Əgər bir nəfər bizə desə ki, qeybətimi etməyinizin eybi yoxdur, belə olan halda onun qeybətini etmək haramdırmı?
 
Cavab: Hətta sualda deyilən halda da qeybət etmək haramdır.
 
 
Ağızda qana bulaşmış yemək
 
Sual-5: Bəzən yemək yeyərkən dilimizi və dodağımızı dişləyirik, nəticədə, ağzımıza qan dolur. Belə olan halda qan ağızdakı yeməyə dəyərsə, nəcis olurmu?
 
Cavab: Ehtiyata əsasən o yeməyi yeməkdən qorunun.
 
 
Ağılı kəsən uşağın qeybətini etmək
 
Sual-6: Ağılı kəsən (yaxşı və pisi ayırd etməyi bacaran) uşağın qeybətini etməyin hökmü nədir?
 
Cavab: Ağılı kəsən uşağın qeybətini etmək haramdır.
 
 
Məsciddə meyit dəfn etmək
 
Sual-7: Məsciddə bir müsəlmanı dəfn etmək olarmı? Əgər bir şəxs məsciddə dəfn edilməsini istəyibsə, onun vəsiyyətinə əməl edilməlidirmi?
 
Cavab: Əgər məscidi tikdirən (vəqf edən) məsciddə meyitin dəfn edilməsini istisna etməyibsə, meyitin məsciddə dəfn edilməsi icazəli deyil.
 
 
Tövbə qüslü
 
Sual-8: Günahlara görə tövbə etməyin qüslü varmı? Qüslün forması necədir?
 
Cavab: Günahlara tövbə etmək üçün qüsl etmək müstəhəbdir. Bu qüslün formasının digər qüsüllərin forması ilə heç bir fərqi yoxdur. Fərq təkcə niyyətdədir.
 
 
Xümsün məscidin təmirində istifadə edilməsi
 
Sual-9: Öz xümsümü şəxsən məscidin təmirində istifadə edilməsi üçün verə bilərəmmi?
 
Cavab: Qeyd olunan işdə zəkat, ianə və digər xeyriyyə vəsaitlərindən istifadə edilməlidir, hal-hazırki şəraitdə xümsün bu sahədə istifadəsinə icazə verilmir.
 
 
Doğuşdan sonra 40-cı günün qüslü
 
Sual-10: Qadına doğuşun 40-cı günündə hansı qüsl vacibdir?
 
Cavab: Qadına doğuşun 40-cı günü hər hansı qüsl vermək vacib deyil.
 
 
Aybaşı halında türbətə toxunmaq
 
Sual-11: Aybaşı günlərində və ya dəstəmazsız halda türbət (Kərbəla torpağından olan möhür və təsbeh) təsbehlə zikr etmək və ya türbət möhürə səcdə etmək olarmı?
 
Cavab: Əgər üzərinə mübarək adlar (Allah və məsumların adları) yazılmayıbsa, eybi yoxdur.
 
 
Şəri cəhətdən üzrü olan günlərdə salavat və zikr demək
 
Sual-12: Cənabət və heyizli halda Quran oxumaq, salavat və digər zikrləri demək məkruhdurmu?
 
Cavab: Vacib səcdəsi olan Quran ayələrini oxumaq cənabətli və heyizli (aybaşı) adama haramdır. Namaz vaxtlarından kənarda digər Quran ayələrini oxumaq heyiz qadına məkruhdur. Namaz vaxtlarında isə müstəhəbdir ki, heyiz qadın özünü təmizləsin və dəstəmaz alaraq Quran oxusun və ya zikr desin. Cənabətli adama isə Quranın vacib səcdəsi olmayan ayələrindən yeddisindən çoxunu oxumaq məkruhdur.
 
 
Camaat namazında müsafirin məmumlar arasına fasilə salması
 
Sual-13: Camaat namazının birinci sırasında dayanan müsafirin şikəstə namazı ikinci rükətdən sonra sağdan və ya soldan onun vasitəsilə imama birləşən digər məmumlarla imam arasında məsafə yaradır. Bunun hökmü nədir?
 
Cavab: Əgər digər məmumların sırasının bitişikliyi qorunarsa və ya müsafir ikinci rükətdən dərhal sonra imama iqtida edərək başqa bir vacib namaza başlayarsa, eybi yoxdur.
 
 
Meyit namazının yaddan çıxması
 
Sual-14: Cənazəyə meyit namazı qılmağı unutmuşuq və bir həftədən sonra yadımıza düşüb ki, mərhuma meyit namazı qılınmayıb, vəzifəmiz nədir?
 
Cavab: Nə qədər ki, cəsəd qəbirdə dağılmayıb, əməli risalələrdə qeyd edilmiş şərtlər əsasında qəbirə namaz qılınsın.
 
 
"Rici təlaq" iddəsində olan dul qadına ərinin mirasından pay düşürmü?
 
Sual-15: "Rici təlaq"* iddəsində olan qadının əri həmin vaxt ölərsə, ərinin mirasından qadına pay düşürmü?
 
Cavab: Bəli, düşür.
 
-------------
* Rici təlaqda qadının iddəsi bitməmiş kişi yenidən kəbin oxumadan arvadı ilə ailə münasibətlərini bərpa edə bilər.
Ayətullahul Üzma Seyyid Əli Xameneinin yeni şəri suallara cavabları
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap