Yəməndə insanlar aclıqdan ağac yarpaqları yeyirlər
Posted on : Digər sahələr 12/10/2018
Yəmənin Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Həsən əs-Səudi ölkədəki humanitar faciə ilə bağlı açıqlama verib.
Yəmənin Səhiyyə Nazirliyinin rəsmisi Məhəmməd Həsən əs-Səudi ölkədəki humanitar faciə ilə bağlı açıqlama verib.
Məhəmməd Həsən əs-Səudi açıqlamada vurğulayıb ki, Yəməndə əsas humanitar yardımlar reallaşdırılmalıdır.
"Bəzi bölgələrdə insanlar aclıqdan ağaz yarpaqları yeyirlər", - deyə Məhəmməd Həsən əs-Səudi diqqətə çatdırıb.
Səhiyyə Nazirliyi rəsmisi qeyd edib ki, Yəməndə demək olar hər gün uşaqlar ölür.
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.