Avropadan hesabat: Avropa İran raketlərinin əlinin altındadır
Posted on : iran 12/10/2018
Aİ-də İranla bağlı məruzə hazırlanıb.
Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Avropa İttifaqının xüsusi xidmət idarələri məruzə hazırlayıb. Həmin sənəddə deyilir ki, İran raketləri artıq Avropa İttifaqı ölkələrinə üzv ölkələrin ərazilərinə çatmaq iqtidarındadır.
Bildirilir ki, İran 2018-ci ildə raket sınaqlarının sayını 2 dəfə artırıb.
Qeyd edilir ki, ümumilikdə İran orta mənzilli ballistik raketlərin 7 və yaxın mənzilli ballistik raketlərin isə 5 sınağını keçirib.
Xatırladaq ki, daha öncə İran ordusunun rəsmisi ölkəsinin raket sınaqlarını davam etdirəcəyini və buna görə də heç kəsdən icazə almayacağını bəyan etmişdi.