Vəhabi krallıq Buşun yasını tutur
Posted on : Digər sahələr 12/08/2018
Səudiyyənin XİN başçısı özünün tvitter səhifəsində ata Corc Buşu tərifləyərək başsağlığı verib
Tashaio.com xəbər verir ki, Səudiyyənin XİN başçısı Adil Əl-Cübeyr özünün tvitter səhifəsində Corc Buşu tərifləyərək başsağlığı verib.
"Corc Buşun ailəsinə başsağlığı veririk. Ölümündən sonra, ABŞ dövlət adamını, Səudiyyə isə öz yaxın dostunu itirdi. Prezidentlik dövründə soyuq müharibə sona çatdı, Almaniya birləşdi, Küveyt vəhşi işğaldan qurtarıldı. Madrid konfransı sülh müzakirələri başlatdı.", - Adil Əl-Cübeyr deyə qeyd edib.
Qeyd edək ki, ABŞ-ın 41-ci prezidenti (Ata) Buş dekabrın 1-də ölüb.
Our condolences to the family of Pres. George HW Bush. On his death, US has lost a statesman and KSA lost a friend. During his presidency, the Cold War ended, Germany reunified, Kuwait liberated from brutal invasion, the Madrid peace process began, and he did much for his nation. pic.twitter.com/heIVpng2fD
— Adel Aljubeir عادل الجبير (@AdelAljubeir) 5 Aralık 2018