Fransada dördüncü şənbə aksiyası başlayıb
Posted on : Digər sahələr 12/08/2018
Fransada yanacaq vergisinin artırılmasına qarşı növbəti etiraz aksiyası start verib.
Fransada yanacaq vergisinin artırılmasına qarşı növbəti etiraz aksiyası start verib. Tashaio.com bildirir ki, bu barədə "France 24" kanalı məlumat yayıb.
Bildirirlir ki, Paris ətrafındakı qəsəbələrdən, eləcə də ölkənin əyalətlərindən gələn aksiyaçılar bir neçə polis yoxlamasından keçərək Zəfər Tağının qarşısına toplaşırlar.
Luvr muzeyi, Eyfel qülləsi kimi bir çox turistik məkanlar, eləcə də 36 metro stansiyası bağlanıb.
Səhər saatlarında 300 aksiyaçı saxlanılıb.
Aksiyalara 90 minə yaxın polis əməkdaşı, habelə zirehli texnika səfərbər olunub.