İsrail Qüdsdə dərsdən qayıdan iki məktəblini güllələyib
Posted on : Digər sahələr 12/06/2018
Dünən İordan çayının qərb sahilində yerləşən Qüds rayonunun Cəba bölgəsində iki yeniyetmə İsrail qoşunları tərəfindən güllələnib.

Tashaio.com "Felestin.info"a istinadla xəbər verir ki, 14 və 15 yaşlı yeniyetmələr dərsdən evə qayıdarkən odlu silahla atəşə tutulublar və həqiqi döyüş gülləsilə yaralanıblar. Yaralı şagirdlər Rəmallah hospitalına çatdırılıblar.
Səhiyyə qurumlarından bildirilib ki, şagirdlərdən biri çiynindən, digəri isə ayağından yaralanıb. Güllələnmənin səbəbi məlum olmayıb.
Hüquq müdafiə təşkilatları İsrail rejiminin tez-tez fələstinlilərə qarşı, xüsusilə azyaşlılara qarşı zorakı metodlar tətbiq etdiyini bildirir. Məhbusların hüquqlarını müdafiə edən "Addameer" təşkilatının hesabatına əsasən hazırda İsrail zindanlarında 230 fələstinli uşaq saxlanılır. Onların 41 nəfəri 16 yaşdan aşağı uşaqlardır.