header

 ABŞ İsrailin “Hizbullah” əleyhinə əməliyyatını dəstəklədi

ABŞ İsrail rejiminin "Şimal Qalxanı" əməliyyatını dəstəklədi.

Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ İsrailin “Hizbullah” hərəkatına məxsus tunellərin məhv edilməsi istiqamətində başlatdığı əməliyyatı dəstəkləyir. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton bildirib.

“ABŞ qəti şəkildə İsrailin öz müstəqilliyini qorumaq məqsədi ilə olan cəhdlərini dəstəkləyir. Biz “Hizbullah”ı İsrailə tunel çəkilişini dayandırmağa və eskalasiya və zorakılıqdan çəkinməyə səsləyirik.”, - deyə o “Twitter” hesabında yazıb.

O həmçinin İran və “onun agentlərini” regionda “aqressiya və təxribatlara” son qoymağa çağırıb. Onun sözlərinə görə, belə hərəkətlər İsrail və region üçün təhdid mənbəyidir.

Xatırladaq ki, İsrail rejimi ötən gün “Şimal Qalxanı” əməliyyatına start verib. Həmin əməliyyat “Hizbullah” hərəkatının tunellərinin məhv edilməsinə yönəlib.

ABŞ İsrail rejiminin "Şimal Qalxanı" əməliyyatını dəstəklədi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap