header

 Ruhani: ABŞ İranı diz çökdürmək istədi, amma...

"İran xalqı qələbə qazanacaq”

Tashaio.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran İslam Respublikasının prezidenti Həsən Ruhani ABŞ-ın birtərəfli sanksiyalarını İran xalqına qarşı düşmənliyin əlaməti adlandırıb.

“İran xalqı fəlakət və iztirabların müqabilində öz müstəqilliyini satmayacaq.”, - deyə o qeyd edib.

Ruhani İran xalqının düşmənlərinin bu gün dünyada geri çəkildiyini bildirərək deyib ki, “amerikalılar xəyal edirdilər ki, iqtisadi təzyiq göstərərək İran xalqını diz çökdürə bilərlər, lakin bu gün onlar dərk ediblər ki, bu sadəcə olaraq illuziyadır”.

O xatırladıb ki, “İran xalqı açıqgözlülüyü, fədakarlığı və ədəbi sayəsində düşmənin planları ilə mübarizə apara bildi”.

Ruhani təkrar edib ki, “İran düşmənləri, sözsüz ki, İran xalqına qarşı seçdiyi yoldan əl çəkəcəklər və İran xalqı qələbə qazanacaq”.

"İran xalqı qələbə qazanacaq”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap