header

 H.Ruhani ABŞ-ı hədələdi: "Biz neft ixrac edə bilməsək..."

İran prezidenti Həsən Ruhani Amerikaya xəbərdarlıq edərək, İranın neft ixrac edə bilmədiyi təqdirdə Körfəzdəki heç bir ölkənin neft ixrac edə bilməyəcəyini bildirib.

İran prezidenti Həsən Ruhani Amerikaya xəbərdarlıq edərək, İranın neft ixrac edə bilmədiyi təqdirdə Körfəzdəki heç bir ölkənin neft ixrac edə bilməyəcəyini bildirib.

 

Tashaio.com Mehrə istinadən xəbər verir ki, bu gün (4 dekabr) səhər saatlarında İranın Semnan əyalətinə səfər edən Ruhani, Şahrud şəhərində toplaşan xalqa müraciət edərək belə deyib: "Bu gün artıq İran xalqı böyük və tarixi bir sınaq ilə qarşılaşmışdır. İndi 40 ildən sonra zalım ABŞ-a qarşı misilsiz qələbələrə nail olmağı bacaran böyük millətimiz düşmənin sevinməsinə icazə vermir".

ABŞ-ın İranda etmək istədiyi çevriliş və separatçılıq planları mövzusunda müvəffəqiyyətsiz olduğunu qeyd edən Ruhani, belə danışıb: "ABŞ ölkəmizə sanksiya tətbiq edərək, bizi diz çökdürmək istəyirdi, ancaq bacarmadı. İranlılar əvvəllər də olduğu kimi heç vaxt ABŞ-a qarşı boyun əyməyəcək.

 

ABŞ həmçinin İranın neft ixracını dayandıraraq dünya ilə ölkəmiz arasındakı ticarətə də mane olacağını bildirib. Onlar buna əlavə olaraq, İranı bölgə ilə dünyada tək qoymağı da istəyirdi, ancaq İran xalqı bütün bu hadisələrdə yekun qələbəyə nail olan tərəf olacağını sübut edəcək. ABŞ bizim neft ixracımızı dayandırmağa cəhd etsə, Fars körfəzindən heç kəs neft ixrac edə bilməyəcək".

 

İranın Türkiyə ilə İraq başda olmaqla, qonşuları ilə yaxşı münasibətlərə malik olduğunu qeyd edən Ruhani, sözlərini belə davam etdirib: "ABŞ var gücü ilə Avropa, Çin, Hindistan və qonşularımızı bizdən ayırmağa çalışır. Onlar bölgə ilə dünyada iranofobiya mühiti yaratmağa səy edirlər. Dünyada heç bir millətin düşməni olmayan İran bütün ölkələrlə münasibətlərini gündən-günə daha da inkişaf etdirəcək".

 

Prezident Ruhani çıxışının digər bir hissəsində də bunları deyib: "Silahlı qüvvələrimiz, İslam nizamı ilə ali dini rəhbərimiz təkcə bizim təhlükəsizliyimizi təmin etməklə kifayətlənməyərək İraq, Suriya, Livan və regiondakı xalqlara da kömək etdilər. İran olaraq, məzlum Yəmən xalqının işğalçı Səudiyyə rejiminin qarşısında hərbi və siyasi meydanların ikisində də qələbəyə nail olmasını istəyirik. Yəmən xalqı qələbəyə nail olanda Səudiyyə rejimi ilə ABŞ məğlub olacaq".

 

İran prezidenti Həsən Ruhani Amerikaya xəbərdarlıq edərək, İranın neft ixrac edə bilmədiyi təqdirdə Körfəzdəki heç bir ölkənin neft ixrac edə bilməyəcəyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap