header

 İranlı generaldan ABŞ-a: Bambılılara elə şapalaq vurarıq ki...

İranlı hərbçi ABŞ-ın İran barədəki bəyanatlarına toxunub.

Tashaio.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran Silahlı Qüvvələrinin rəsmisi briqada generalı Əbülfəz Şikarçı bildirib ki, “ABŞ və müttəfiqlərinin hər hansısa bir xətası olsa, İran İslam Respublikası onlara elə bir şillə vuracaq ki, onlar həmişəlik peşman olacaqlar”.

O, ABŞ rəsmilərinin son anti-İran bəyanatlarına toxunaraq əlavə edib ki, “ABŞ-da İranın gücünə bələd olmayan bambılılar var”.

Yəmən haqda da danışan Şikarçı deyib ki, “Yəmən xalqı və ordusu güclüdürlər və yaxşı silahlanıblar, buna görə də kənar yardıma ehtiyac duymurlar”.

O qeyd edib ki, “Yəmən xalqı qəhrəmancasına öz ölkəsini qoruyur və Səudiyyə Ərəbistanı, BƏƏ və onların müttəfiqlərini yerə yıxaraq böyük qələbələrə nail olub”.

“Səudiyyə Ərəbistanı, BƏƏ, ABŞ və İsrail Yəməndə məğlubiyyətdən başqa heç nəyə olmadıqları üçün, ABŞ bu cür anti-İran mövqeyi tutmaq məcburiyyətində qalıb.”, - deyə bildirib.

İranlı hərbçi ABŞ-ın İran barədəki bəyanatlarına toxunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap