header

 Həzrət Məsumənin (s) hərəmini 86 ölkədən minlərlə turist və zəvvar ziyarət edib

Ötən 8 ay ərzində dünyanın 86 ölkəsindən 75 mindən çox turist və zəvvar Qumda Həzrət Məsumənin (s) hərəmini ziyarət edib.

Ötən 8 ay ərzində dünyanın 86 ölkəsindən 75 mindən çox turist və zəvvar Qumda Həzrət Məsumənin (s) hərəmini ziyarət edib.
 
Tashaio.com "hawzahnews"a istinadla xəbər verir ki, bunu Həzrət Məsumənin (s) hərəminin beynəlxalq işlər üzrə idarənin rəhbəri Kamal Sürəyya Ərdikani deyib. 
 
K.Sürəyya Ərdikani deyib ki,  15 min 500-dən çox qeyri-müsəlman turist idarənin xidmətinin istifadə edib. "Əcnəbi turistlərlə sual-cavab toplantıları və dəyirmi masalar təşkil olunub. Onların sualları cavablandırılıb." 
 
Onun sözlərinə görə,  turistlərin əksəriyyəti  əsasən Fransa,  İtalya, Almaniya,  Hollandiya,  İspaniya və Çindən olub.  “Həzrət Məsumənin (s) hərəmini ziyarət edən əcnəbi turistlərin 55 faizini qadınlar, 45 faizi isə  kişilər təşkil edib. Ötən illərlə müqayisədə qadın turistlərin sayında artım var.”
 
K.Sürəyya Ərdikani həmçinin qeyd edib ki, 60 min nəfərdən çox əcnəbi zəvvar idarənin xidmətindən istifadə edib.
 
“Zəvvarlar əsasən Azərbaycan, İraq, Pakistan, Hindistan, Livan,  Bəhreyn, Əfqanısta və Türkiyədən olub. Əlbəttə bu rəqəm idarənin xidmətindən istifadə edən zəvvarların statistikasına aiddir. Həzrət Məsumənin (s) hərəmini ziyarət edən əcnəbi zəvvarların sayı qat-qat çoxdur”.  
Ötən 8 ay ərzində dünyanın 86 ölkəsindən 75 mindən çox turist və zəvvar Qumda Həzrət Məsumənin (s) hərəmini ziyarət edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap