ABŞ yenə İranı hərbi variantla təhdid etdi
Posted on : iran 12/01/2018
Huk Ağ Evin hələ də İrana qarşı hərbi variantı masada saxladığını bildirib.
Cümə axşamı günü açıqlama verən ABŞ Xarici İşlər Nazirliyi İran aksiya qrupunun rəhbəri Brayan Huk (Brian Hook) Ağ Evin hələ də İrana qarşı hərbi variantı masada saxladığını bildirib.
Tashaio.com xəbər verir ki, Brayan Huk əgər ABŞ-ın maraqları İran tərəfindən təhdid ediləcək olarsa, Ağ Evin Tehrana qarşı hərbi varianta müraciət etmə məsələsində heç vaxt tərəddüd etməyəcəyini qeyd edib.
İrana qarşı hərbi variant hələ də ABŞ-ın masasında olduğunu deyən XİN rəsmisi ancaq ABŞ-ın seçiminin diplomatik imkanlarından istifadə etmək olduğunu ifadə edib.