header

 ‘29 noyabr’ Fələstin xalqı ilə həmrəylik günü

Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü 29 noyabrda qeyd olunur. Həmrəylik günü ilə bağlı tədbirlər BMT-nin təşkilatçılığı ilə BMT-nin Nyu Yorkdakı qərargahında, eləcə də Cenevrədə və Vyanadakı ofislərində qeyd olunur.

Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü 29 noyabrda qeyd olunur. Həmrəylik günü ilə bağlı tədbirlər BMT-nin təşkilatçılığı ilə  BMT-nin  Nyu Yorkdakı qərargahında, eləcə də Cenevrədə və Vyanadakı ofislərində qeyd olunur. 
 
Bu günün qeyd edilməsinin səbəbi 29 noyabr 1947-ci ildə Fələstinin parçalanmasına və İsrail rejimi tərəfindən işğalına legitimlik verən 181-ci qətnamənin qəbul edilməsi ilə əlaqədardır.
 
Bu qətnaməyə əsasən Fələstin iki hissəyə bölündü. Bu qətnamədə Fələstində iki dövlətin, "İsrail" və Fələstin dövlətlərinin qurulması nəzərdə tutulmuşdu. 
 
181 saylı həmin qətnamənin sadəcə yəhudi və ərəb ərazilərini ayırmaq məqsədi daşıdığı iddia olunsa da, bu bölünmə əslində bütöv bir məmləkətin parçalanması demək idi. Çünki bu məfhum elə ayırma və parçalama mənasını verir, hansı ki, BMT-nin "Bölgü planı" da bu məqsədə xidmət etdi. Şahmat taxtasına bənzər qarışıq formada ərazi bölgüsü aparıldı, gələcək Fələstin dövlətinə heç vaxt tam nəzarət edə bilməyəcəyi 6 qarışıq bölgədə ərazi verildi və bununla da yəhudi dövləti sürətlə formalaşdı, ərəb dövləti isə iki ərazini də tamamilə itirməklə dövlətçiliyini də qura bilmədi. Qüds isə beynəlxalq ərazi elan edildi.
 
1948-ci ilin mayında İsrail adlı dövlətin müstəqilliyi elan edildikdən sonra fələstinlilərə qarşı bir-birinin ardınca qətliamlara start verildi. 1956-cı ilin noyabrından iki gün əvvəl israilli terrorçuların ən amansızlarından biri kimi tanınan və sionist rejimin gələcək Baş naziri Ariel Şaron Kəfr-Qasim kəndinə hücum edərək qadın, uşaq və kişilərdən ibarət 56 Fələstin sakinini qətlə yetirdi. Bu qətliam İsrail rejiminin qeyri-yəhudiləri "yəhudi dövləti"nin ərazisindən silmək siyasətinin davam idi və bu cür qətliamlar hələ də davam etdirilir. 
 
Qeyd edək ki, Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü 181 sayl qətnamənin son dərəcə ədalətsiz olmasını nəzərə alaraq, BMT-nin Baş Assambleyası  tərəfindən  1977-ci ildə qəbul edilir və "29 noyabr" tarixi Fələstin xalqıilə həmrəylik günü elan edilir. 
 
Xatırladaq ki, ABŞ-ın "Əsrin Anlaşması" adlı planına əsasən Qüds İsrail rejiminə verilməli, Fələstinli didərginlərin öz vətənlərinə qayıdış haqqı ləğv olunmalı və Fələstin dövləti sadəcə İordan çayının qərb sahilində qalan cüzi ərazi və Qəzzə zolağında təşkil edilməlidir. 
 
"Əsrin Anlaşması" planı çərçivəsində ABŞ prezidenti Donald Tramp 2017-ci il 6 dekabr tarixində işğalı altında olan Qüds şəhərini İsrailin paytaxtı olaraq tanıdı və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə dair göstəriş verdi. ABŞ hökuməti 14 may 2018-ci ildə bu qərarı icra etdi. 
Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü 29 noyabrda qeyd olunur. Həmrəylik günü ilə bağlı tədbirlər BMT-nin təşkilatçılığı ilə BMT-nin Nyu Yorkdakı qərargahında, eləcə də Cenevrədə və Vyanadakı ofislərində qeyd olunur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap