header

 2. LƏZZƏTBƏXŞ KÖLGƏLƏR

BEHİŞTİN MADDİ-CİSMANİ NEMƏTLƏRİ

Qurani-Kərimin bir çox ayələrində Behiştin ləzzətli kölgələrindən söz açılır. O cümlədən, “Vaqiə” surəsinin 27-31-ci ayələrində buyurulur:

وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ. فِي سِدْرٍ مَّخْضُودٍ. وَطَلْحٍ مَّنضُودٍ. وَظِلٍّ مَّمْدُودٍ. وَمَاء مَّسْكُوبٍ. وَفَاكِهَةٍ كَثِيرَةٍ. لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ. وَفُرُشٍ مَّرْفُوعَةٍ

“Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar)! Kimdir o sağ tərəf sahibləri? (Onlar) tikansız sidr ağacları, meyvələri bir-birinin üstündə sıx oturmuş banan ağacları altında; uzanan (daimi) kölgəliklərdə; (şəlalərdən) axan su kənarında (olacaqlar)!”

Bildiyimiz kimi, kölgələrin ən gözəli, ən ləzzətlisi ağacların kölgəsidir; nə xeymə və otaqların kölgəsi kimi qaranlıq, nə də havasızdır. Digər tərəfdən, yarpaqların mülayim rütubəti kölgəyə təravət və sərinlik bəxş edir, ağacların, çiçəklərin və güllərin xoş qoxusu həmin təravətə yeni təravət qatır.

Behişt kölgələri daimidir, elə buna görə də, insanın rahatlıq və aramlığını əsla almır. Necə ki, “Rəd” surəsinin 35-ci ayəsində belə buyurulur:

مَّثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ أُكُلُهَا دَآئِمٌ وِظِلُّهَا

“Allahdan qorxub pis əməllərdən çəkinənlərə (möminlərə) vəd edilən Cənnətin vəsfi belədir: (ağacları) altından çaylar axar, yeməkləri də, kölgələri də daimidir...”

“Nisa” surəsinin 57-ci ayəsində də Behişt kölgələri belə vəsf edilir:

وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا لَّهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَنُدْخِلُهُمْ ظِـلاًّ ظَلِيلاً

“İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan Cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik.”

Bu qeydlərdən məlum olur ki, Behiştin ab-havası ləzzətbəxş və könül oxşayandır. Necə ki, “İnsan” surəsinin 13-cü ayəsində belə buyurulur:

مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا

“Onlar orada (Cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər.”

(Behişt kölgələri ilə bağlı digər ayələr: “Rəd” surəsi, 35-ci ayə; “Yasin” surəsi, 56-cı ayə; “Mursəlat” surəsi, 41-ci ayə; “Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.87-88).

BEHİŞTİN MADDİ-CİSMANİ NEMƏTLƏRİ
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap