header

 İŞİD-çilər Həzrət Əlinin hədisində

Həzrət Əmirəlmöminin İmam Əli (ə) XIV əsr öncə müsəlmanlara xəbərdarlıq edib:

Nəim ibn Həmmadın "Kitabul-Fitən" adlı kitabında "Fi huruci Bəni Abbas" hissəsində keçən rəvayət eynilə belədir:

 “Əli ibn Əbu Talib (r.a.) belə dedi: "Qara bayraqları gördüyünüzdə yerə bağlanın, əllərinizi və ya ayaqlarınızı oynatmayın (onlara qoşulmayın). Sonra zəif bir birlik çıxar ki (əvvəlcə), onlara etina edilməz. Ürəkləri dəmir parçaları kimidir (sərtdir və acımasızdır), dövlət iddiası ilə ortaya çıxarlar, əhdə vəfa göstərməz, müqaviləyə uyğun gəlməzlər, haqqa çağırırlar, amma özləri haqq əhli deyildirlər, adları ləqəbləri (Əbu Ömər kimi ), nisbətləri məmləkətlərinin (əl-Bağdadi kimi), saçları qadın saçı kimidir, sonra aralarında ixtilafa düşərlər və Allah haqqı istədiyinə bəxş edər. "

 İndi isə bu hədisdə ifadə edilən əsas xüsusiyyətlərlə tanış olaq:

1 - Qara bayraqları vardır

2 - Zəifdirlər (məqsəd ağıldan zəif və ya kökü, ətrafı və keçmişi olmayan ola bilər)

3 - İlk öncə etina edilməzlər

4 - Ürəkləri dəmir parçaları kimi sərt və mərhəmətsizdir

5 - Dövlət sahibidirlər (yəni elə bir iddia ilə ortaya çıxarlar)

6 - Haqqa çağırırlar, amma haqq əhli deyildirlər

7 - Ad yerinə ləqəb istifadə edərlər (Əbu Ömər, Əbu Zeyd, Əbu Səlman və s.)

8 - Nisbətləri (familiyaları məmləkət adlarıdır (əl-Bağdadi, Əl-Şişani və s.)

9 - Saçları qadın saçı kimidir (Şəkillərdə gördüyünüz kimi çoxunun, xüsusilə, komandirlərinin saçları uzundur)

 Bu doqquz xüsusiyyətin hamısını İŞİD terroristlərində tətbiq etmək mümkündür.

 Əvvəldə qeyd olunan "əlinizi, ayağınızı oynatmayın" cümləsindən iki şey aydın ola bilər. Birincisi, onlara beyət etməyin. Çünki video görüntülərindən də aydın olduğu kimi hər getdikləri yerdə əl-Bağdadi üçün əllərini bir-birinin üstünə qoyaraq beyət alırlar. İkincisi də, əsla bunları haqq sanıb dəstək olmayın və onlara qoşulmayın.

Nəticə: Bu cür hədislər diqqəti cəlb etsə də, ancaq haqq və batilin ölçüsü onsuz da hər bir müsəlman üçün bəllidir. İnsanlığı Allahın dinindən çəkindirməyə çalışan, özündən başqa kimsəni müsəlman hesab etməyən bu birliyin həm sünni və şiə üçün batil əhli olduğu günəş kimi açıq bir həqiqətdir.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap