Dünyanın nadir əlyazma Quran nüsxəsi sərgiyə çıxarılacaq - FOTO
Posted on :
Əqidələr
11/17/2018
Dünyanın qədim və nadir əlyazma nüsxələrindən biri olan və "Osman ibn Əffan müshəfi" adlanan əlyazma Quran sərgiyə çıxarılacaq.
Dünyanın qədim və nadir əlyazma nüsxələrindən biri olan və "Osman ibn Əffan müshəfi" adlanan əlyazma Quran sərgiyə çıxarılacaq.
Tashaio.com İQNA agentliyinə isitnadən xəbər verir ki, bu Quran nüsxəsi ötən il Misrin Vəqflər Nazirliyi tərəfindən təmir və bərpa edilib.
Misrin Milli Sənədlər və Kitablar Mərkəzinin rəisi Hişam Əzmi "əl-Yəvm əs-Sabe" qəzetinə açıqlamasında bildirb ki, Osman ibn Əffan müshəfi hazırda həmin mərkəzdə qorunur və yaxın gələcəkdə ümumi sərgiyə çıxarılacaq.
Qeyd edək ki, Osman ibn Əffan müshəfi adlanan bu Quran nüsxəsi hicrətin 25-ci əsrində Osmanın göstərişi ilə toplanmış Quran nüsxələrindən biridir.