header

 Səudiyyə Ərəbistanı: Qaşıqçı işinin beynəlxalq səviyyəyə daşınması qəbul edilə bilməz

Cübeyr səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi hadisəsinə qarışanların ölkəsində mühakimə olunacağını söyləyib.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr Camal Qaşıqçının qətlini cinayət və böyük bir səhv olaraq gördüklərini açıqlayıb. Adil əl-Cübeyr "Qaşıqçı işinin beynəlxalq səviyyəyə daşınması qəbul edilə bilməz",- deyib.

Tashaio.com xəbər verir ki, Cübeyr səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi hadisəsinə qarışanların ölkəsində mühakimə olunacağını söyləyib.

Bəhreynin paytaxtı Manamada Yaxın Şərq mövzusundakı forumda danışan nazir Cübeyr Qaşıqçının öldürülməsinə dair sualları cavablandırıb.

Cübeyr "Qaşıqçının öldürülməsi hadisəsi isterikaya çevrilib. İstintaqın aparılması ilə həqiqətlər ortaya çıxacaq. Səudiyyə Ərəbistanlı qanun icraçıları Türkiyədəki həmkarları ilə işlərinə davam edirlər",- deyib. Qaşıqçının öldürülməsi hadisəsində adı çəkilən 18 nəfərin Türkiyəyə təslim edilməsi təklifi haqqında nazir "Qaşıqçı işində adı keçənlər Səudiyyə Ərəbistanında mühakimə olunacaq",- deyib.

Xarici işlər naziri Türkiyə və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gələcəyi haqqında isə "Türkiyə dost bir ölkədir və aramızda yaxşı investisiya və ticarət əlaqələri var",- deyə bildirib.

Cübeyr səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi hadisəsinə qarışanların ölkəsində mühakimə olunacağını söyləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap