M. Çavuşoğlu: “Səudiyyə və BƏƏ-nin Yəməni blokadaya alan siyasətlərini doğru hesab etmirik”
Posted on : Digər sahələr 11/15/2018
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Yəmən mövzusundakı həssaslığının davam etdiyini deyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Yəmən mövzusundakı həssaslığının davam etdiyini deyib.
Tashaio.com Anadolu-ya istinadən xəbər verir ki, Çavuşoğlu Türkiyə parlamentinin plan və büdcə komissiyasında XİN-nin 2019-ci il üçün büdcəsi haqqındakı müzakirələrdə Yəmənlə bağlı suallara cavabında belə deyib: “BMT-nin səylərini dəstəkləyirik. Omanın vasitəçilik səylərini ən çox biz dəstəkləyirik. İran nəzdində təmaslarımız var. Hazırda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin oradakı hər kəsi blokadaya alan siyasətlərini da doğru hesab etmirik. Xeyli sayda insan aclıq və xəstəliklərdən ölür. Biz buna səssiz qalmırıq”.
Türkiyənin siyasi həll məsələsində çox töhvə verdiyini və humanitar yardımlarına davam etdiyini qeyd edən Çavuşoğlu, belə deyib: “İki səhra xəstəxanası göndərdik. Humanitar yardımları çatdırmaq məsələsində təəssüf ki, çox çətinliklər var. Yüzlərlə ton ərzaq və dərman yardımımızı bundan sonra da davam etdirməliyik”.