header

 İran ölkə iqtisadiyyatına ziyan vurmuş “sikkə sultanını” edam etdi

İran "sikkə sultanını" edam etdi.

Tashaio.com-un “Financial Times”-a istinadən verdiyi xəbərə əsasən, İranda Vahid Məzluminin barəsindəki edam qərarı icra edilib. KİV-lərin “sikkə sultanı” adlandırdığı Vahid asılaraq edam edilib.

Məzlumin və onun cinayət şəriki Məhəmməd Qazeminin barəsindəki hökm hələ oktyabr ayında verilmişdi.

Onlar, “qeyri-qanuni sazişlər və iri həcmdə xarici valyuta və qızıl sikkələrin kontrabandası” vasitəsilə ölkənin “iqtisadi, valyuta və sikkə sisteminə” zərər vurmaqda ittiham ediliblər.

Qızıl və ya valyuta ticarətinə rəsmi icazəsi olmayan Məzlumin bu aktivlər vasitəsilə spekulyasiyalarla məşğul olmuş ölkənin ən böyük qeyri-qanuni şəbəkəsi yaradıb.

Onun dəstəsi sonradan baha qiymətə satmaq üçün qızıl sikkə alışı ilə məşğul olurdu. Onlar ümumilikdə 2 ton qızıl toplaya bilmişdilər.

İran "sikkə sultanını" edam etdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap