Roma Papası müsəlman ölkəsinə dəvət edildi
Posted on : Əqidələr 11/15/2018
Roma Papası Mərakeşə səfər edəcək.
Tashaio.com-un “Vatikan News”-ə istinadən verdiyi xəbərə əsasən, müsəlmanlar və xristianlar arasında münasibətlərin yaxşılaşmasının lehinə çıxış edən Roma Papası Fransisk Mərakeşə səfər edəcək. Şimali Afrikanı ölkəsinin əhalisinin 99 faizi isə müsəlmandır.
81 yaşlı pontifik Mərakeş kralı VI Məhəmmədin dəvəti ilə Rabat və Kasablanka şəhərlərini ziyarət edəcək. Səfər gələn ilin mart ayına planlaşdırılıb.
Qeyd etmək lazımdır ki, Roma-Katolik kilsəsinin lideri aktiv şəkildə müsəlman ölkələrini ziyarət edir. O, 2014-cü ildə Türkiyədə, 2016-cı ildə Azərbaycanda, 2017-ci ildə isə Misirdə olub.