header

 Kaşıkçının qətli ilə bağlı vəliəhd şahzadənin müşavirinə cinayət işi açıldı

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Camal Qaşıqçının qətli ilə bağlı bəyanat yayıb.

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Camal Qaşıqçının qətli ilə bağlı bəyanat yayıb. Tashaio.com bildirir ki, prokurorluq jurnalistin cinayəti ilə bağlı 5 şübhəli barəsində edam cəzası istəyib.

Səudiyyəli jurnalist Camal Qaşıqçının ölüm səbəbi isə boğulmaq və öldürücü dozada dərman verilərək qətlə yetirilmək göstərilib.
 
Prokurorluq 11 şübəlidən 5-i üçün edam cəzası istəyib. Vəliəhd şahzadə Məhəmməd ibn Salmanın müşaviri Kəhtaninin də barəsində cinayət işi açılıb və onun ölkədən çıxışına qadağan qoyulub.

Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.

Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Camal Qaşıqçının qətli ilə bağlı bəyanat yayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-15-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap