header

 Gizli potensiallardan istifadə etməklə problemləri həll edə bilərik - Ayətullah Xamenei (FOTO)

“Bizim hamımız, xüsusilə gənclər əlil və veteran idmançılardan ibrət dərsi almalı, öz gizli potensialımızdan istifadə edərək inkişaf etməli, dünya və axirət səadətini qazanmalıyıq”.

“Bizim hamımız, xüsusilə gənclər əlil və veteran idmançılardan ibrət dərsi almalı, öz gizli potensialımızdan istifadə edərək inkişaf etməli, dünya və axirət səadətini qazanmalıyıq”.
 
Tashaio.com “Leader.ir” saytına istinadən xəbər verir ki, bunu İndoneziyanın Cakarta şəhərində keçirilən Asiya paraolimpiya oyunlarında medal qazanmış əlil və veteran idmançılarla görüşü zamanı Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei deyib.
 
 Ali Rəhbər idman yarışlarında medal qazanmış əlil, və veteran idmançılara təşəkkür edərək bildirib ki, idmanda qəhrəmanlıq qazanmağın  hər bir ölkə üçün dəyərdir və paraolimpiya oyunlarında iştirak edən idmançılar ölkənin üzünü ağ edib.
 
 “Siz öz dəyərli uğurunuzla göstərdiniz ki, əgər bir insan və ya bir ölkə öz gizli qalmış potensialını istifadə edərsə,  mütləq bu böyük uğur və inkişafa zəmin yaradacaq. Bu gün ən böyük problemlərdən biri ölkədə olan geniş potensiallardan istifadə edilməməsidir. Əgər bu potensiallardan düzgün istifadə olunarsa, iqtisadi problemlərin çoxu öz həllini tapacaq.”
 
Ayətullah Xamenei deyib ki, bu gün dünyada müharibələr “İradələrin müharibəsi”dir. “Siz öz dəyərli işinizlə göstərmisiz ki,  güclü iradə və gücə sahibsiz.”
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Bizim hamımız, xüsusilə gənclər əlil və veteran idmançılardan ibrət dərsi almalı, öz gizli potensialımızdan istifadə edərək inkişaf etməli, dünya və axirət səadətini qazanmalıyıq”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap