header

 İBADƏTİN QƏBUL VƏ KAMİLLİK ŞƏRTLƏRİ

İbadətin düzgünlük şərtləri ilə yanaşı, qəbul və kamillik şərtləri də var. Bu şərtlər yerinə yetirildikdə, insan Allaha yaxınlaşır və mənəvi kamilliyə çatır.

İbadətin düzgünlük şərtləri ilə yanaşı, qəbul və kamillik şərtləri də var. Bu şərtlər yerinə yetirildikdə, insan Allaha yaxınlaşır və mənəvi kamilliyə çatır. Şərtlərin yerinə yetirilməsi fərd və cəmiyyət üçün də təsirlidir. Bəzən düzgün ibadət inkişafa səbəb olmur. Necə ki, bəzən dərman şəfa vermir. Bəzən ibadət əzabın qarşısını alır, lakin bizi Allahın sevimlisi etmir. Ayə və rəvayətlərdə əməllər və ibadətlərin qəbul olması üçün bəzi şərtlər göstərilmişdir:

Etiqadi şərt;

Siyasi şərt;

Əxlaqi şərt;

İqtisadi şərt;

İctimai şərt;

Ailə şərti  s.

Bu şərtlərə izah verməzdən öncə təkid olunur ki, insan daha çox mənəvi fayda əldə etmək üçün ibadətin qəbulolma məsələsinə xüsusi diqqət göstərməlidir. İmam Əli (ə) buyurur: Əməldən daha çox onunqəbul olunmasına diqqət göstərilməlidir.” (“Biharul-ənvar”, c.71, səh.173.)

İnsan giriş vəsiqəsi əldə edib, göstərilmiş qaydalara əməl edərək kiminləsə görüşə gedə bilər. Lakin görüş zamanı pis əxlaq, pis keçmiş və sair səbəblərə görə geri qaytarılır. İbadətin də ilahi göstərişlərə uyğun yerinə yetirilib, lakin Allah tərəfindən qəbul olunmaması mümkündür. Necə ki, bəzən düzgün işlər görən qeyri-məsul şəxslər təşəkkür yox, tənqid olunur. Demək, işin qəbul şərti ayrıdır. İndi isə bu şərtləri bəyan edək:

1. ETİQADİ ŞƏRTALLAHA İMAN

İmansızlıq əməllərin puç olma səbəbidir: İmanı dananın bütün işləri puç olar.” (“Maidə” surəsi, ayə 5.)

Allaha və məada iman gətirənlər Allahın məscidlərini abad edirlər: Allahın məscidlərini yalnız Allaha qiyamət gününə iman gətirənlər abad edə bilərlər.” (“Tövbə” surəsi, ayə 18.)

İmanlı qadın və kişilərin yaxşı əməlləri pak həyat səbəbidir: Mömin olub yaxşı işlər görən kişi qadına xoş həyat nəsib edəcək  etdikləri yaxşı əməllərə görə onlara daha yaxşı mükafatverəcəyik.” (“Nəhl” surəsi, ayə 97.)

Allahı tanımayan şəxs Ona xatir heç bir iş görmədiyindən mükafat gözləyə bilməz. Qurani-Kərim kafirlərin əməllərini tufan qarşısında dayanmış külə bənzədir. Tufan qoparkən küldən əsər-əlamət qalmır.

2. SİYASİ ŞƏRTVİLAYƏT VƏ RƏHBƏRLİK

İmam Baqir (ə) buyurur: Allaha iman gətirib taqətdən düşənədək ibadət edən şəxsin Allahtərəfindən ləyaqətli rəhbəri olmazsaonun səyləri faydasızdır.” (“Vəsailuş-şiə”, c.1, səh.90.)

Hədisdə deyilir: Hər kəs bizim (Əhli-beyt) vilayət  rəhbərliyimizi qəbul etməsəAllah da onunəməllərini qəbul etməz.” (“Kafi”, c.1, səh.430.)

İmam Əli (ə) buyurur: Biz Allahın qapısıyıq  Allahın yolu bizimlə tanınır.” (“Kafi”, c.1, səh.193 və 145.)

Demək, ibadətin qəbulu üçün Əhli-beytin (ə) vilayət və rəhbərlik məqamını qəbul etmək də şərtdir. Lakin bununla yanaşı təqva da olmalıdır. İmam Baqir (ə) buyurur: Təqvası olmayan şəxslər bizimhakimiyyət xəttində deyil.” (“Kafi”, c.2.75; “Biharul-ənvar”, c.71, səh.187.)

3. ƏXLAQİ ŞƏRTTƏQVA

Quranda Adəm (ə) övladlarının macərası nəql olunur. Onların hər ikisi qurban verirlər. Lakin birinin qurbanı qəbul olur, o birininki isə qəbul olunmur. Allah-Taala buyurur: Allah yalnız təqvalılardan qəbuledir.” (“Maidə” surəsi, ayə 27.)

Nəql olunur ki, bir şəxs bazardan keçərkən bir dükandan iki çörək, o biri dükandan iki nar oğurladı. Sonra çörək və narı fəqirə verdi. Ona dedilər: “Bu nə işdir?” Dedi: “Allah hər günaha bir cəza, lakin hər savaba on qat mükafat verir. Mən iki nar, iki çörəklə dörd günah etdim, lakin onları fəqirə verib qırx savab qazandım. Qırx savabdan dörd günah çıxılanda otuz altı savab qalır.” Ona dedilər: “On qat mükafat təqva əsasında iş görənlərə verilir. Qəsb olunmuş və oğurlanmış maldan infaq etməyin mükafatı yoxdur. Yoxsa, oxumamısan ki, Allah yalnız təqvalılardan qəbul edir.” (“Maidə” surəsi, ayə 27.)

4. İQTİSADİ ŞƏRTXALQIN HAQQINI ÖDƏMƏK

Ehtiyaclılara əl tutmaq, məzlumların haqqını ödəmək o qədər əhəmiyyətlidir ki, hətta ibadətin qəbul olması üçün şərt sayılır. Zəkat ödəmək və ya halal qazanmaq bu növ nümunələrdəndir. İmam Rza (ə) buyurur: Zəkat ödəməyən şəxsin namazı qəbul olmaz.” (“Biharul-ənvar”, c.96, səh.12.)

Başqa bir hədisdə imam Əli (ə) Kumeylə buyurur: Halal yolla qazanc əldə etməsənAllah-Taala zikr şükrünü qəbul etməz.” (“Səfinətul-bihar”.)

5. İCTİMAİ ŞƏRTXEYİRXAHLIQ

İctimai əlaqələr, müsəlmanlar arasında qardaşlığın qorunması və İslam ardıcılları arasında yaxşı əlaqələr yaratmaq çox əhəmiyyətlidir. Buna görə də, yaxşı əlaqələrin pozulmasına səbəb olan hər bir əməl və söz pislənilir. “Qeybət”, “sui-zənn”, bədxahlıq, əlaqələri kəsmək, pis xasiyyət və s. bu kimi sifət və əməllər ibadətin qəbuluna olmamasına səbəb olur.

Allahın Rəsulu (s) buyurur: Hər kəs müsəlman qadın  kişinin qeybətini edərsəonun tərəfindənbağışlananadək 40 gün namaz  orucu qəbul olunmaz.” (“Camius-səadət”, c.2, səh.234.)

Ey ƏbuzərDin qardaşlarından uzaqlaşıb əlaqələri kəsməÇünki bu işləri görən insanlarınəməlləri qəbul olunmaz.” (“Məkarimul-əxlaq”, səh.554.)

İmam Sadiq (ə) buyurur: Allah din qardaşına qarşı pis niyyəti olan möminin əməlini qəbul etməz.”(“Üsuli-kafi”, c.2, səh.361.)

Sirkə balı məhv edən kimixalqla pis rəftar da əməlləri məhv edir.” (“Üsuli-kafi”, c.2, səh.321.)

Beləliklə, insanlar haqqında pis niyyət, dostluğun tərki, qeybət, müsəlmanların ictimai əlaqələrinin süstləşməsinə səbəb olan bu kimi əməllər ibadətin qəbuluna maneçilik yaradır. İbadətkar insanlar ibadətlərinin qəbulu üçün Allah bəndələri ilə möhkəm dini əlaqələr yaratmalıdırlar.

6. AİLƏ ŞƏRTİXOŞ RƏFTAR

Müqəddəs İslam dini ibadət, siyasət, əxlaq və cəmiyyət arasında müsbət rabitələr yaratmışdır. Ailə daxilində qadın və kişinin bərabər hüquqlarının qorunması ibadətlərin qəbuluna maneə hesab olunur. Yer əlaqələrinin kəsilməsi səmavi əlaqələrin kəsilməsi ilə nəticələnir. Bu barədə İslam Peyğəmbəri (s) buyurur: Allah pisrəftarlıəziyyət verən qadının namazını  yaxşı işlərini qəbul etməzHəmçinin kişinin!”(“Vəsailuş-şiə”, c.14, səh.116.)

Təkcə qadının kişi ilə pis rəftarı və ya kişinin qadınla pis rəftarı yox, həm də ata-anaya qəzəbli baxış ibadətin qəbuluna mane olur. İmam Sadiq (ə) buyurur: Hətta övladına zülm etmiş ata-anaya qəzəbləbaxan övladların namazı qəbul olmur.” (“Üsuli-kafi”, c.2, səh.349.)

Bəli, yerə möhkəm dayanmış namaz nərdivanı ilə meraca qalxırıq. Lakin buz bağlamış və ya yumşaq yerə dayanmış nərdivanla yuxarı qalxmaq çətin, yaxud qeyri-mümkündür. İctimai əlaqələr və gözəl rəftarlarla yanaşı ibadət sayəsində mənəvi kamillik əldə olunur. İbadətin qəbuluna mane olan başqa işlər də rəvayətlərdə bəyan olunmuşdur. Məsələn, şərab içmək və sair. Əlbəttə, əgər qəbul şərtlər ödənilməsə belə, namaz və orucdan uzaqlaşmaq düzgün deyil. Rəvayətlərin məqsədi ibadət edən şəxsin pis rəftarına xatir onun əməllərinin dəyərinin az və zəif olmasını göstərməkdir.

NƏTİCƏ

Qurani-Kərim namazın faydasını onun insanı çirkin və pis əməllərdən çəkindirməsində görür: Həqiqətənnamaz çirkin  pis əməllərdən çəkindirir.” (“Ənkəbut” surəsi, ayə 45.)

Bu səciyyə namazın əsas dəyəri və əməllərin qəbul nişanəsidir. Boş toxum inkişaf etmir və bəhrə vermir. Pis əməllərdən çəkindirməyən namaz həmin dəyərsiz ibadətdir. İmam Sadiq (ə) buyurur: Hər kəsnamazının qəbul olub-olmamasını bilmək istəyirsənamazın onu günahdan  pisliklərdənuzaqlaşdırıb-uzaqlaşdırmamasına baxsınNamaz onu günahdan  qədər uzaqlaşdırarsahəminqədər  qəbul olar.” (“Biharul-ənvar”, c.82, səh.198; “Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.30-35.)

İbadətin düzgünlük şərtləri ilə yanaşı, qəbul və kamillik şərtləri də var. Bu şərtlər yerinə yetirildikdə, insan Allaha yaxınlaşır və mənəvi kamilliyə çatır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap