Tramp İrana görə avropalı lideri “danladı”
Posted on : iran 11/14/2018
Böyük Britaniyanın Baş naziri Trampa zəng edib.
Tashaio.com-un “The Washington Post”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə gərgin telefon danışığı keçirib. Tramp rəsmi Londonun İranla bağlı mövqeyinə görə Meyə öz narazılığını bildirib.
Məlumata görə, Mey ABŞ-da keçirilmiş aralıq seçkilərindəki nəticələrə görə öz təbrikini bildirmək üçün Trampa zəng edib.
Bu zaman ABŞ prezidenti Böyük Britaniyanınn İranının qarşısının alınması istiqamətində kifayət qədər səy göstərmədiyi üçün Meyi “danlamağa” başlayıb.
Tramp daha sonra Meyə Breksitlə bağlı suallar verib, bundan sonra isə ABŞ-Avropa ölkələri arasındakı ədalətsiz ticarət sazişlərinə görə gileylənib.