header

 Hesabat: “ABŞ 17 ildə 500 min insanın ölümünə səbəb oldu”

11 sentyabr hücumlarından sonra ABŞ-da Corc Buş rəhbərliyinin terrorla müharibə adı altında İslam coğrafiyasını hədəfə alan işğalçılıq siyasəti nəticəsində ən azı 500 min nəfərin öldüyü müəyyən olub.

11 sentyabr hücumlarından sonra ABŞ-da Corc Buş rəhbərliyinin terrorla müharibə adı altında İslam coğrafiyasını hədəfə alan işğalçılıq siyasəti nəticəsində ən azı 500 min nəfərin öldüyü müəyyən olub.

 

Tashaio.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ-ın Rod Aylend ştatındakı Braun Universitetinin Uatson Beynəlxalq və Dövlət İdarəetmə İnstitutunun nəşr etdiyi hesabata görə, işğal hərəkatı vaxtı 480 min ilə 507 min arasında insan həyatını itirib.

 

“Əl-Qaidə və Bin Laden” bəhanəsi ilə 2001-ci ildə Əfqanıstana və kütləvi qırğın silahlarına malik olması və bunu terrorçulara vermə ehtimalı səbəbilə 2003-cü ildə Səddam Hüseynin rəhbərliyindəki İraqa hücum edən Corc Buşun idarəçiliyi altında illərlə davam edən işğallar başlandı. Hesabata, müharibələrin yol açdığı infrastruktur dağıntıları və yayılan xəstəliklər səbəbilə həyatını itirənlər daxil edilmədiyi də qeyd olunub.

 

11 sentyabrdan etibarən həyatını itirən ən azı 480 min nəfərin 260 mindən çoxunu vətəndaşlar təşkil edir. Statistikaya görə, İraqda təxminən 200 min, Əfqanıstanda 38 min, Pakistan da 23 mindən çox dinc sakin ABŞ-ın başlatdığı işğal və döyüşlərdə həyatını itirib. Hesabatın müəllifi Neta Kroford, həmçinin ABŞ-ın yaraqlı kimi təsvir etdiyi bir çox insanın əslində dinc sakin ola biləcəyini qeyd edib. O, müharibələr səbəbindən həyatını itirən insanların sayını dəqiq olaraq müəyyən etməyin mümkün olmadığını və həqiqi itkilərin 500 mindən daha çox ola biləcəyini qeyd edib.

 

 

ABŞ-ın işğalları, həmçinin Əfqanıstandan İraqa qədər geniş bir coğrafiyada 10 milyondan çox insanın evlərindən didərgin düşməsilə nəticələndi. Bu işğalların ABŞ-a maya dəyərinin isə 5,6 trilyon dollardan artıq olduğu ehtimal edilir.

11 sentyabr hücumlarından sonra ABŞ-da Corc Buş rəhbərliyinin terrorla müharibə adı altında İslam coğrafiyasını hədəfə alan işğalçılıq siyasəti nəticəsində ən azı 500 min nəfərin öldüyü müəyyən olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap