header

 Mələklərin güldüyü kəslər

Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: “Mələklər gülüb-ağlayırlarmı?”. Cəbrayil (ə) deyir: “Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar.

Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: “Mələklər gülüb-ağlayırlarmı?”.

 

Cəbrayil (ə) deyir: “Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar.

 

Güldükləri ilk kəs: O kəsdir ki, bütün gününü yersiz sözlər və işlər görməklə keçirər, axşam olan kimi işa namazını qılıb, yenə yersiz işlərinə davam edər. Mələklər gülər və deyər: “Ey xəbərsiz! Səhərdən axşama qədər doymamısan, indi doyacaqsan?”.

 

Güldükləri ikinci kəs: Əkinçi öz belini və külüngünü götürər və torpağını islah etmək bəhanəsi ilə (özü ilə şəriki arasında olan) müştərək divarı ovar ki, öz payını çoxaltsın. Mələklər gülər və deyərlər: “Bu torpaq bu qədər genişliyi ilə səni doydurmayıb, bu müxtəsər yer doyduracaqdır?”.

 

Güldükləri üçüncü kəs: O qadın ki, sağ olan zaman özünü naməhrəmdən örtməz, ölən zaman qəbrə qoyanda bədənini örtərlər ki, heç kəs bədəninin həcmini görməsin. Mələklər gülər və deyərlər: “O zaman ki, meyil və rəğbət var idi, onu örtmürdünüz, indi ki, kərahətə səbəb olmuşdur, onu örtürsünüz?””. (Beytutə)

 

Allahım! Bizləri belə naçar vəziyyətə salma!

Bir gün Həzrət Peyğəmbər (s) Cəbrayildən (ə) soruşur: “Mələklər gülüb-ağlayırlarmı?”. Cəbrayil (ə) deyir: “Bəli. Üç insana təəccüb üzündən gülərlər. Üç insana ürəkləri yandığı üçün ağlayarlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap