header

 Beynəlxalq Amnistiya Şeyx Salmanla bağlı Bəhreyn rejiminə etiraz etdi

Beynəlxalq Amnistiya təşkilatı Bəhreyn rejiminin ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman haqqında verdiyi ömürlük həbs cəzasına reaksiya verərək, qərarı özbaşınalıq kimi qiymətləndirib.

Tashaio.com "deyerler.org"-a istinadən xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatı Twitter-dən verdiyi bəyanatında, Bəhreyn məhkəməsinin Şeyx Əli Salman barədə verdiyi ömürlük həbs qərarının Ali Xəlifə rejiminin Bəhreyn xalqına qarşı özbaşınalıq və qanunsuzluqlarının qorxulu nümunəsi olduğunu bildirib.
 
Digər tərəfdən, Livanın Hizbullah hərəkatı da Şeyx Əli Salman barədə verilən qərarı pisləyən bəyanat yayıb.
 
Hizbullahın yaydığı bəyanatda, bu qərarın Bəhreyn rejiminin rəsmilərinin mürtəce və diktatura mahiyyətini göstərdiyi vurğulanıb: “Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibi haqqında verilən ömürlük həbs qərarı, Bəhreyn vətəndaşlarının arasında qorxu mühiti yaratmaq üçün verilən mürtəce bir mesajdır və Ali Xəlifə rejimi bu addımla bəhreynlilərin Manananın Təl-Əviv ilə münasibətləri normallaşdırmasına müxalifətinin qarşısını almaq istəyir”.
Beynəlxalq Amnistiya təşkilatı Bəhreyn rejiminin ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman haqqında verdiyi ömürlük həbs cəzasına reaksiya verərək, qərarı özbaşınalıq kimi qiymətləndirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
Tashaio.com
SiteMap