header

 Bəhreyndə Əl-Vifaq cəmiyyətinin üç rəhbərinə ömürlük həbs cəzası verildi

Bəhreyn məhkəməsi bundan əvvəl verilən bəraət qərarını pozaraq, ölkədə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyətinin üç yüksək səviyyəli rəhbərinə ömürlük həbs cəzası verib.

Bəhreyn məhkəməsi bundan əvvəl verilən bəraət qərarını pozaraq, ölkədə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyətinin üç yüksək səviyyəli rəhbərinə ömürlük həbs cəzası verib.

 

Tashaio.com LualuaTV-yə istinadən xəbər verir ki, müxalif qrupun liderlərinə verilən həbs cəzasının səbəbi “Qətər üçün casusluq etmək” kimi göstərilib. Bəhreyn rəhbərliyi Qətərin hökuməti devirməyə çalışdığını iddia edir.

 

Bəhreynin BNA rəsmi agentliyinin xəbərinə görə, Ali Apellyasiya Məhkəməsi Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman Əli Əhməd, Şeyx Həsən Əli Cümə Sultan və Şeyx Əli Mehdi Əli Əl-Əsvəd barəsində bəraət qərarını ləğv edib.

 

Bəhreyn Ali Cinayət Məhkəməsi iyun ayında keçirilən iclasda, müttəhimlər haqqında bəraət qərarı vermişdi.

 

Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salman 28 dekabr 2014-cü ildə “güc istifadə edərək siyasi rejimi dəyişdirməyə təşviq etmək” cinayətində ittiham olunaraq, 4 il həbsə məhkum edilmişdi.

 

Müttəhimlərin 3-ü də 2017-ci ilin noyabrında “Qətər üçün casusluq etmək” də daxil olmaqla başqa cinayətlərdə ittiham olunmuşdular.

 

Şeyx Sultan və Şeyx Əl-Əsvəd, Bəhreyndən kənarda yaşayır. Şeyx Əli Salman isə 2015-ci ildən etibarən həbsdədir.

 

Qeyd edək ki, Qətərin Xarici İşlər Nazirliyi bütün bu iddiaları rədd edir.

Bəhreyn məhkəməsi bundan əvvəl verilən bəraət qərarını pozaraq, ölkədə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyətinin üç yüksək səviyyəli rəhbərinə ömürlük həbs cəzası verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap