header

 Məşhədə 1 milyon 700 mindən çox zəvvar gəlib - FOTO

İmam Rzanın (ə) şəhadəti münasibətilə

7 noyabr -  28 səfər - İslam Peyğəmbərinin (s) rehləti və  08 noyabr  - 29 səfər -  İmam Rzanın (ə) şəhadəti münasibətilə dünya ölkələrindən və İranın daxili bölgələrindən milyonlarla zəvvar matəm məclislərindədə iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə axışır. 
 
Tashaio.com  "tasnimnews" agentliyinə istinadla xəbər verir ki, Məşhədə 1,700,000 –dan çox zəvvar gəlib. 
 
Bunu İranın Xorasan-Rəzəvi əyalətinin “Zəvvarların Rifahını təmin etmə İdarəsi”nin baş direktoru  Mehdi Furuzan deyib. 
 
M.Fruzan qeyd edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur. 
 
O, hazırda piyada olaraq Məşhədə üz tutan insanların sayının 70 mindən çox olduğunu vurğulayıb və qeyd edib ki, yolda zəvvarlar xidmət məqsədilə çoxsaylı səyyar mərkəzlər bərpa edilib.
 
İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərinə 3 milyondan artıq zəvvarın gəlməsi gözlənilir.
 
 
 
 
 
 
 
İmam Rzanın (ə) şəhadəti münasibətilə
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap