header

 ABŞ İrana məğlub olub - Ayətullah Xamenei

13 Aban (4 Noyabr) Dünya İmperializmi ilə Mübarizə Günü ərəfəsində İslam İnqilabı Rəhbəri tələbələrlə keçirdiyi görüşdə mühüm bəyanatlar verib.

İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei verdiyi bəyanatda, "ABŞ və İran arasında mübarizə 40 ildən bəri davam edir.  Bu 40 ildə düşmənimiz, hərbi, iqtisadi və media savaşlarında bizə qarşı əllərindən gələn hər şeyi edib.Amerikanın bütün bu hücumlarında yalnız bir məqsədləri vardı, o da şah dövründəki sahib olduğu gücü yenidən əldə etmək idi ki, uğursuzluğa düçar oldu.

 

İran İslam Respublikası həmişə qazanan tərəf, ABŞ-ın isə məğlub olan tərəf olması 40 illik mübarizənin mühüm həqiqətidir. Amerikanın məğlubiyyətinin səbəbi isə (İran əleyhinə) uğursuz hücumlar eləməsidir.
Ümumiyyətlə ABŞ-ın gücü hər gün daha da azalır. Bu gün ABŞ 40 il bundan əvvəlki Amerikadan daha da zəifdir. Amerikanın gücü dünyada hər gün azalır. İndi təkcə xalqlar deyil, hətta dövlətlər də Amerikaya qarşı çıxır.

 

ABŞ-ın yeni prezidenti Amerika liberal demokratiyanı daha da biabır edib. Amerika, iqtisadi və hərbi sahədə də gücsüzləşib. Amerika ordusu çaşqın vəziyyətdədir və bu çaşqınlıqdan xilas olmaq üçün Blackwater kimi güclərdən istifadə edir. İqtisadi sahədə isə 15 trilyon dollar borcu və 800 milyard dollar büdcə kəsiri var.

 

ABŞ-ın məğlubiyyətinin nümunələrindən biri, İranlı gənclərin müstəqillik ruhuna təsir göstərməməsidir. Bu duyğular, (müstəqillik) digər ölkələr xüsusilə də qonşu ölkələrimizin gənclərində də əks olunub.
İraq, Suriya və Livan, Əfqanıstan və Pakistan xalqı sizdən nifrət edir, bunun bizimlə nə əlaqəsi var?" buyurub.

13 Aban (4 Noyabr) Dünya İmperializmi ilə Mübarizə Günü ərəfəsində İslam İnqilabı Rəhbəri tələbələrlə keçirdiyi görüşdə mühüm bəyanatlar verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap