header

 Qasim Süleymani Trampa İnstaqramda cavab verdi: "Qumarbaz Tramp, mən sənin rəqibinəm" - Foto

İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymani ABŞ Prezidenti Donald Trampın Tvitter açıqlamasına cavab verib.

Donald Trampın Tvitterdən "Yeni sanksiyalar noyabrın 5-də gəlir" açıqlamasına general Qasim Süleymani rəsmi İnstaqram səhifəsindən cavab verib.     İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı

Trampa cavab olaraq, "Qumarbaz Tramp, mən sənin rəqibinəm. Siz bizim üçün yol göstərirsiniz? Bunun üçün İran Silahlı Qüvvələrinin hamısına ehtiyac yoxdur, Qüds gücü və mən kifayət edərik. Düşünməyin ki, biz gecə yatırıq və sizin barənizdə düşünmürük. Bilin ki, o yerdə ki düşünmürsünüz, biz orada sizə yaxınıq. Heç təsəvvür etmədiyiniz yerdə sizə yaxınıq. Biz şəhidlər və İmam Hüseyn (ə) xalqıyıq. Biz sizi gözləyirik, bu meydanın kişiləriyik.

 

Bu müharibə bütün imkanlarınızı məhv edəcək. Sizə düşündüyünüzdən daha yaxınıq. Bu savaşı siz başlaya bilərsiniz, amma sonunu biz müəyyənləşdirərik. Buna görə də İran xalqına və prezidentinə xəyanət etməyin", - deyə bildirib.    

 

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı, general-mayor Qasım Süleymani bundan əvvəlki açıqlamasında Trampa xitab edərək, "Qorxudan tankların içində əsgərlərinizə uşaq bezi bağlayırdınız, indi qalxıb bizimi təhdid edirsiniz?" - deyə söyləmişdi.

 

İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı, general Qasım Süleymani ABŞ Prezidenti Donald Trampın Tvitter açıqlamasına cavab verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-04-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap