header

 Quranın nəzərində mürtədliyin izahı

Quran mürtədliyi bəzi sözlərin vasitəsilə bəyan etmişdir: İlahi dindən xaric olmaq və küfrə qayıtmaq kimi. Eyni zamanda:

Quran mürtədliyi bəzi sözlərin vasitəsilə bəyan etmişdir: İlahi dindən xaric olmaq və küfrə qayıtmaq kimi. Eyni zamanda:

 

1. Dindən qayıtmaq. “Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar”. (“Bəqərə” 217).

 

2. Geri qayıtmaq. “Həqiqətən şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil və günah işləri) zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır”. (“Muhəmməd (s)” 25).

 

3. İmanda sonra küfrə düçar olmaq. “Kitab əhlinin çoxu həqiqət (İslamın haqq olması) onlara aydın olduqdan sonra vücudlarından qaynaqlanan paxıllıq üzündən sizi imanınızdan sonra küfrə qaytarmaq istəyirlər. Buna görə də Allahın əmri gələnə kimi (hələlik onlarla vuruşmaqdan vaz) keçin və (onları) məzəmmət etməyin. Həqiqətən, Allah hər şeyə qadirdir”. (“Bəqərə” 109).

 

4. İslamdan sonra küfr. “Münafiqlər Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca pis söz) deməyiblər. Halbuki, şübhəsiz, küfr sözü deyiblər və İslamı qəbul etdikdən sonra (dönüb) kafir olublar (İslamı izhar etdikdən sonra küfrü izhar ediblər)”. (“Tövbə” 74).

 

5. Küfr məzhəbinə qayıtmaq. “Onun qövmünün təkəbbürlü başçıları və böyükləri dedilər: «Ey Şüeyb, şübhəsiz, (ya) səni və səninlə birgə iman gətirənləri diyarımızdan və cəmiyyətimizdən çıxaracağıq, ya da ki, bizim dinimizə daxil olacaqsınız». Dedi: “Hətta nifrət bəsləsək belə?!””. (“Əraf” 88).

 

6. Kafir olmaq. “Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: «İman gətirənlərə nazil olan şeylərə (Qur’an ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər)»”. (“Ali-İmran” 72).

 

7. Buzovpərəstlik. “Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz”. (“Bəqərə” 51).

 

Allah Təala cəmi insanları xoş aqibətə doğru hidayət etsin! (Həvzəh)

Quran mürtədliyi bəzi sözlərin vasitəsilə bəyan etmişdir: İlahi dindən xaric olmaq və küfrə qayıtmaq kimi. Eyni zamanda:
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap