header

 Trampın Qüdslə bağlı qərarından sonra indiyədək 316 fələstinli şəhid olub

ABŞ prezidenti Trampın Qüds əleyhinə verdiyi qərardan sonra indiyədək 316 fələstinli şəhid olub.

ABŞ prezidenti Trampın Qüds əleyhinə verdiyi qərardan sonra indiyədək 316 fələstinli şəhid olub. 
 
Tashaio.com İQNA-a istinadla xəbər verir ki, Fələstin İslami Araşdırma Mərkəzinin yayımladığı məlumata əsasən,  şəhid olan 316 fələstinlidən 68-i uşaq, 19 nəfəri isə müqavimət hərəkatının üzvüdür. 
 
Mərkəz Qəzza zolağında “Böyük Qayıdış Yürüşü”ndə işğalçı İsrail qüvvələrinin açdığı atəş nəticəsində indiyədək 204 fələstinlinin şəhid olduğunu bildirib. 
 
Fələstin İslami Araşdırma Mərkəzi beynəlxalq insan haqları təşkilatlarına müraciət edib və işğalçı rejim başçılarının Fələstin xalqına qarşı müharibə cinayəti törətdiklərinə görə cəzalandırmasını tələb edib. 
 
Qeyd edək ki, ABŞ prezidenti  Donald Tramp 2017-ci ilin dekabr ayının 6-da Qüds şəhərini işğalçı sionist rejimin paytaxtı elan edib. Donald Trump-ın qərarı beynəlxalq aləmdə kəskin etirazlara səbəb olub.
ABŞ prezidenti Trampın Qüds əleyhinə verdiyi qərardan sonra indiyədək 316 fələstinli şəhid olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap