header

 Qəzzada 32-ci Böyük Qayıdış yürüşündə 32 nəfər yaralanıb (FOTO)

Dünən Qəzza sektorunda baş tutmuş növbəti Böyük Qayıdış yürüşü zamanı işğalçı İsrail rejim qüvvələrinin açdığı atəş və kimyəvi qazların təsiri nəticəsində 32 nəfər yaralanıb.

Dünən Qəzza sektorunda baş tutmuş növbəti Böyük Qayıdış yürüşü zamanı işğalçı İsrail rejim qüvvələrinin açdığı atəş və kimyəvi qazların təsiri nəticəsində 32 nəfər yaralanıb.
 
Tashaio.com Felestin.info -a istinadla xəbər verir ki, işğalçı ordu Qəzzanın blokada sərhədinin müxtəlif hissələrində etirazçılara qarşı həqiqi və rezin örtüklü metal güllərlə, eləcə də gözyaşardıcı qazlarla hücum edib.
 
Məlumata görə, Misir təhlükəsizlik sisteminin yüksək rütbəli nümayəndə heyəti də Fələstin fraksiya liderləri və Böyük Qayıdış yürüşü və blokadanın yarılması üzrə ali milli komitənin üzvləri ilə aksiyaları izləmək üçün ərazidə olub, müşahidələr aparıb.
 
Qeyd edək ki, sözgedən komitə dünənki nümayişdən əvvəl Qəzza əhalisinə müraciət edərək bədnam Balfur deklarasiyasının 101-ci ildönümü ərəfəsində növbəti Böyük Qayıdış yürüşünü daha izdihamlı keçirməyə çağırıb. Komitə bu yürüşlərin öz məqsədinə çatanadək davam edəcəyini bir daha təsdiqləyib.
 
Bildirək ki, bu ilin martından bəri keçirilən Böyük Qayıdış yürüşlərində 228 nəfər Qəzza sakini İsrail ordusu tərəfindən qətlə yetirilib, 22 min nəfər isə yaralanıb. Həlak olanlar arasında çoxlu sayda uşaq, qadın, jurnalist və tibb işçiləri var. Yaralıların isə 460 nəfərinin vəziyyəti ağırdır.
 
 
 
 
 
 
 
 
 
 

Dünən Qəzza sektorunda baş tutmuş növbəti Böyük Qayıdış yürüşü zamanı işğalçı İsrail rejim qüvvələrinin açdığı atəş və kimyəvi qazların təsiri nəticəsində 32 nəfər yaralanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap