header

 İşğalçı rejimin Haşaron zindanında Fələstinli məhbus qadınlara əziyyət verilir

İşğalçı İsrail rejiminin Haşaron həbsxanasında müsəlman qadın məhbuslara qarşı təzyiqlər davam etdirilir.

İşğalçı İsrail rejiminin Haşaron həbsxanasında müsəlman qadın məhbuslara qarşı təzyiqlər davam etdirilir.
 
Tashaio.com "Felestin.info"a istinadla xəbər verir ki, sionist İsrail Penitensiar Xidməti həbsxana koridorlarına kamera yerləşdirilməsinə etiraz edən müsəlman qadınlara etirazlarına son qoymaları üçün müxtəlif üsullarla təzyiq göstərir.
 
Fələstinin Məhbuslar və Keçmiş Məhbuslarla İş üzrə Komitəsinin bildirdiyinə görə, Haşarondakı məhbus qadınlara təcrid edilmə, başqa həbsxanaya köçürülmə, ziyarətlərə son qoyulma kimi təhdidlər göstərilir.
 
Qadınlar isə həbsxana zallarına kamera yerləşdirildiyi üçün hicabsız gəzə bilmədikləri və şəxsi həyat hüquqlarının pozulduğunu bildirirlər və buna etiraz olaraq həbsxana həyətinə çıxmaqdan imtina edirlər.
 
Artıq mütəmadi olaraq qapalı şəraitdə qaldıqlarına görə, bəzi məhbusların səhhətində ciddi problemlər əmələ gəlib.
 
Fələstin Komitəsi məhbusları dəstəkləmək üçün kütləvi aksiyalara çağırış edib, beynəlxalq insan hüquqları təşkilatlarına müraciət ünvanlayaraq işğalçı İsrail rejiminin məhbuslara qarşı cəza metodlarına son qoyulmasını tələb ediblər.
 
Bildirək ki, işğalçı rejimin həbsxana rəhbərliyi müsəlman qadın məhbuslara əziyyət vermək üçün onların hücrələrinin elektrik enerjisini saatlarla kəsir, onları isti sudan məhrum edir, ailələrinin gətirdiyi sovqat və maddi yardımlarını qadağan edir.
İşğalçı İsrail rejiminin Haşaron həbsxanasında müsəlman qadın məhbuslara qarşı təzyiqlər davam etdirilir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap