header

 BEHİŞTİN MADDİ-CİSMANİ NEMƏTLƏRİ - 1. BEHİŞT BAĞLARI

Qurani-Kərimin bu mövzu ilə bağlı ayələrindən belə başa düşülür ki, Behişt, bu dünyanın bağları ilə müqayisə olunmaz dərəcədə fövqəladə və misilsiz bağlardan ibarətdir. Qurani-Kərimdə Behişt bağları ilə bağlı təsvirə çəkilənlər isə biz dünya sakinlərinin başa düşdüyü qaraltıdan başqa bir şey deyil və onun həqiqəti bizim dərkimizin fövqündədir.

Qurani-Kərimin bu mövzu ilə bağlı ayələrindən belə başa düşülür ki, Behişt, bu dünyanın bağları ilə müqayisə olunmaz dərəcədə fövqəladə və misilsiz bağlardan ibarətdir. Qurani-Kərimdə Behişt bağları ilə bağlı təsvirə çəkilənlər isə biz dünya sakinlərinin başa düşdüyü qaraltıdan başqa bir şey deyil və onun həqiqəti bizim dərkimizin fövqündədir.

Qurani-Kərimin yüzdən çox ayəsində Behişt “cənnat” (Cənnətlər, bağlar), “cənnət” (bağ) və “cənnətan” (iki Cənnət, iki bağ) təbiri ilə işlədilmişdir. Məsələn, “Nisa” surəsinin 13-cü ayəsində buyurulur:

...وَمَن يُطِعِ اللّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

“...Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan Cənnətlərə (Behişt bağlarına) əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük səadətdir!”

“Bəqərə” surəsinin 13-cü ayəsində belə buyurulur:

...وَاللّهُ يَدْعُوَ إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ...

“...Allah sizi Öz izni ilə Cənnətə və bağışlanmağa çağırır...”

“Ər-rəhman” surəsinin 46-cı ayəsində də belə buyurulur:

وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ

“Şübhəsiz ki, Rəbbinin məqamından qorxan kəs üçün iki Cənnət vardır!

“Cənn” sözündən alınmış “cənnət” (bir bağ), “cənnətan” (iki bağ) və “cənnat” (bağlar) ifadələri örtülmək mənasını verir. Rağib İsfahani “Müfrədat” kitabında yazır ki, bu ifadə hiss olunan şeylərlə örtülmək mənasını daşıyır və ondan müxtəlif sözlər alınır:

Cənnət bağ mənasını verir və Behiştə ona görə “Cənnət” deyilir ki, onun yeri ağaclar vasitəsilə örtülü qalır.

“Cənin” sözü də eyni kökdəndir və rüşeym mənasını ifadə edir. Ana bətnində olan uşaq gözlərdən gizli olduğundan, ona ərəbcə “cənin” deyilir.

“Cənan” ürəyə deyilir. Çünki sinə vasitəsilə örtülmüş və gözlərdən gizlidir.

“Cin” və “can” gözə görünməyən canlı varlığa deyilir.

Böyük və ev ilanlarına da “cin” və “can” deyilir. Çünki onların cinlərə bənzərliyi var. Əksər insanların təsəvvürünə görə cinlər təhlükəli varlıqlardır və ilanlar da təhlükəli olduğundan onlara oxşayırlar.

Sinə sümüklərinə də “cənacin” deyilir, bəlkə də səbəbi bu ola bilər ki, ürəyin qorunmasında qalxan rolunu ifa edir.

Dəli və səfeh adama ağlı, huşu örtülü (kəm) olduğundan “cünun” deyilir.

Hər bir şeyi qaranlığı ilə örtən gecəyə “cununul-ləyl” və “cənanul-ləyl” deyilir.

Bir sözlə, uyğun mövzu ilə bağlı əsas məsələ odur ki, Cənnətlər və Behişt bağları dedikdə, yeri cürbəcür ağaclarla örtülmüş bağlar nəzərdə tutulur.

Qurani-Kərimin müxtəlif ayələrində “cənnat” (Behişt bağları) ifadəsindən sonra “تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ” (ağacları) altından çaylar axır – cümləsi işlədilir ki, bu da ağacların kənarından axan suyun ağacların kölgəsində olduğunu və onların vasitəsilə örtüldüyünü göstərir. Səbəbi də odur ki, su və ağac bir-birinin kənarında olduqda, maraqlı mənzərə yaranır, sanki biri olmadıqda, digəri naqis görünür. Həm də kənarından su axan ağaclar və bağlar daim yamyaşıl və təravətli qalır. Su və ağac elə həyat mənbəyidir və bu həyat mənbəyi həmişə bir-birinin kənarında olmalıdır.

Diqqəti cəlb edən bir rəvayətdə Behişt çayları haqqında belə buyurulur:

انّ انهار الجنّه لیست فی اخادید، اِنّما تجری علی سطح الجنّه منظبطهً بالقدره حیث شاء اهلها

“Behişt çayları arxlarda deyil, elə yerin hamar qatında cari olur və Allahın qüdrəti sayəsində Behişt əhlinin iradəsi ilə istənilən istiqamətə doğru hərəkət edəcək”. (“Təfsiri-Qurtubi”, 1-ci cild, səh.206).

Bundan da maraqlı odur ki, Behişt ağaclarının altından çaylar axdığı kimi, Behişt məskənləri və hücrələrinin də altından çaylar axır. Başqa sözlə, Behiştin məskənləri və qəsrləri suyun üzərində tikilmişdir. Necə ki, “Ənkəbut” surəsinin 58-ci ayəsində buyurulur:

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُم مِّنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نِعْمَ أَجْرُ الْعَامِلِينَ

“İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan Cənnət hücrələrində sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı əməllər) edənlərin mükafatı necə də gözəldir!”

Bu məzmun “Zümər” surəsinin 20-ci ayəsində də buyurulur:

لَكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِّن فَوْقِهَا غُرَفٌ مَّبْنِيَّةٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ وَعْدَ اللَّهِ لَا يُخْلِفُ اللَّهُ الْمِيعَادَ

“Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş hücrələr gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!” (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh. 87-89).

Qurani-Kərimin bu mövzu ilə bağlı ayələrindən belə başa düşülür ki, Behişt, bu dünyanın bağları ilə müqayisə olunmaz dərəcədə fövqəladə və misilsiz bağlardan ibarətdir. Qurani-Kərimdə Behişt bağları ilə bağlı təsvirə çəkilənlər isə biz dünya sakinlərinin başa düşdüyü qaraltıdan başqa bir şey deyil və onun həqiqəti bizim dərkimizin fövqündədir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap