header

 Ərbəin yürüşünün statistikası açıqlanıb

Yürüşə dünyanın 50 ölkəsindən 20 milyondan çox zəvvar qatılıb.

Bu ilki Ərbəin mərasimi ilə bağlı ilkin statistika açıqlanıb.  
 
Tashaio.com tasnimnews-a istinadla xəbər verir ki, Əl-Qədir kanalının yayımladığı hesabata əsasən, bu ilki Ərbəin mərasimində 20 milyon zəvvar iştirak edib ki, onlardan 16 milyon nəfəri  iraqlı və digərləri isə dünyanın müxtəlif ölkələrindən olub. 
 
Hesabata görə, bu il  50 ölkədən  zəvvar İraqa İmam Hüseyn (ə) eşqi ilə səfər edib. Onlardan  2 milyon 500 min nəfəri İrandan gələnlərdir.  Həmçinin Azərbaycan, Pakistan, Hindistan,  Livan, Ərəbistan, Kuveyt,
Amerika və Avropa, o cümlədən Avstraliya qitələrindən çoxlu sayda zəvvar Kərbəlaya gəlib. 
 
Qeyd edək ki, əksəriyyəti piyada olmaqla Ərbəin yürüşündə iştirak edən zəvvar 500 şəhər, qəsəbə və kənddən keçməklə Kərbəlaya daxil olublar. 
 
Ərbəin yürüşü 15 gün əvvəl başlayıb, sonuncu dəstələr Ərbəin günü axşam saatların Kərbəlaya gəliblar.  
 
Zəvvarların hərəkət etdiyi şəhər və qəsəbələrdə  100 mindən çox mokib və istirahət yeri İmam Hüseyn (ə) zəvvarlarına xidmət göstərib. 
 
Hesabata görə, 20 milyon nəfər üçün yemək və su təminatında heç bir çətinlik olmayıb. 
 
Yarım milyondan çox xidmətçi  İmam Hüseyn zəvvarlarına xidmət göstərib. Ərbəin yürüşündə  3 milyondan artıq bayraq və ələm  daşınıb.
Yürüşə dünyanın 50 ölkəsindən 20 milyondan çox zəvvar qatılıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap