header

 RİBA ƏSASINDA QURULMUŞ İQTİSADİ NİZAM MƏHVƏ MƏHKUMDUR

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 276-cı ayəsində buyurur:

يَمْحَقُ اللّهُ الْرِّبَا وَيُرْبِي الصَّدَقَاتِ وَاللّهُ لاَ يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ

Allah sələmi puç ediramma sədəqəni artırırAllah heç bir nankoru  günahkar kafiri xoşlamır.”

Bu ayədə xatırladılır ki, sələmçi sərvət toplamaq məqsədi ilə başqalarından sələm və faiz alsa da, Allah həmin malın bərəkət və artımını aradan götürür. Sələm mal məhv olmasa da, sərvətin artması ilə həyata keçməsi nəzərdə tutulan məqsədlər puça çıxır. Sələm dünyasında səadət, məhəbbət və əmin-amanlıq yoxdur. Bir çox varlılar öz sərvətindən rahatlıq, aramlıq və məhəbbət əldə edə bilmir. Amma infaq, sədəqə və borcun işlək olduğu cəmiyyətdə bir çox bərəkətlər olur. Bu cəmiyyətdə fəqirlər məyus olmur, varlılar öz var-dövləti ilə öyünmürlər. Məhrumlar intiqam və oğurluq fikrinə düşmür, varlılar öz malını qorumaqda çətinlik çəkmirlər. Cəmiyyətdə ülfət, mərhəmət, anlaşma, əmin-amanlıqla müşayiət olunan tarazlıq hökm sürür. Fəxr Razinin “Təfsiri-Kəbiri”ndə nəql olunur ki, sələmçi özündə insani hissləri və ədaləti öldürdüyü vaxt fəqirlərin qarğışına tuş gəlir. Kin, intiqam, oğurluq daim onu hədələyir. Ayədə həmin fəlakətlərdən bir nümunə bəyan olunur.

BİLDİRİŞLƏR

1. Sərvətin zahiri şirinliyi sizi heyran qoymasın. Riba əsasında qurulmuş iqtisadi nizam məhvə məhkumdur.

2. Sələmlə əldə olunan malın puça çıxması Allahın qanunlarındandır.

3. Sədəqə və zəkatın genişlənməsi iqtisadiyyatın inkişaf və möhkəmlənmə səbəbidir.

4. Sələmçi ilahi mərhəmət və məhəbbətdən məhrumdur.

5. Sələmçi çox nankor və günahkardır. O, sələm almaqla həyatını harama bulaşdırır, ibadətini batil edir, hərislik və tamahdan yaranan qəsavət və ürəyidaşlığı ona hakim kəsir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, “Bəqərə” surəsi, 276-cı ayənin təfsiri.)

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap