header

 Səudiyyə prokuroru Xaşoginin cəsədinin harada olduğu haqda sualdan yayındı

Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib İstanbul prokuroru İrfan Fidandan öldürülən jurnalist Camal Xaşoginin mobil telefonunu istəyib.

Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib İstanbul prokuroru İrfan Fidandan öldürülən jurnalist Camal Xaşoginin mobil telefonunu istəyib.

 

“Report” xəbər verir ki, Krallğını baş dövlət ittihamçısı Türkiyədə ona ünvanlanan suallara cavab verməkdən yayınıb.

 

Bildirilib ki, Səud əl-Mücib “Xaşogi cinayətinin əvvəlcədən planlaşdırıldğını demişdiniz. Sizcə, cinayəti kim planlaşdırıb?”, “Cinayətin törədilməsində yerli (türkiyəli – red.) şəxslə əlbirlikdən söz açmısınız. Bu yerli kimdir?”, “Camal Xaşoginin meyiti basdırılıbmı?” kimi suallara cavab verməyib.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib üç gündür Türkiyədə səfərdədir. O, oktyabrın 30-da Türkiyə Milli İstiqbarat Təşkilatının İstanbuldakı şöbəsində olub.

 

Qeyd edək ki, C.Xaşogi oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Xaşoginin paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Xaşoginin itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib.

 

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Xaşominin ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Xaşoginin ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Xaşogi ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

 

Bu arada Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib jurnalistin öldürülməsinə görə oktyabrın 28-də Türkiyəyə səfər edib.

Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib İstanbul prokuroru İrfan Fidandan öldürülən jurnalist Camal Xaşoginin mobil telefonunu istəyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap