header

 Mehran sərhəddindən İraqın Nəcəf şəhərinə dördzolaqlı magistral yol çəkiləcək

Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məsədilə İranın Mehran sərhəd-keçid məntəqəsindən İraqın Nəcəf şəhərinə dördzolaqlı magistral yol çəkiləcək.

Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məsədilə İranın Mehran sərhəd-keçid məntəqəsindən İraqın Nəcəf şəhərinə  dördzolaqlı magistral yol çəkiləcək.
 
Tashaio.com “tasnimnews” xəbər saytına istinadən xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri  Məhəmməd İslami  bu gün Mehran sərhəd-keçid məntəqəsinə baxış keçirdikdən sonra jurnalistlərə açıqlamasında deyib. 
 
Onun sözlərinə görə, hazırkı iki zolaqlı yol, genişləndirilərək 4 zolaqlı olacaq.  “Bu layihə gündəmdədir, icrası üçün maliyyə vəsaiti baxımdan çətinlik yoxdur. Lakin  infrastrukturun  təmini üçün zamana ehtiyac var.” 
 
O qeyd edib ki,Kirmanşahdan İlam əyalətinə dəmir yolu xəttinin  çəkilməsi və bu dəmir yolu xəttinin İraq dəmir yolu xəttinə birləşdirilməsinin bizim üçün proritet məsələlərdəndir.  “Dəmir yolu xəttinin İraq dəmir yolları xəttinə birləşdirmək üçün  müxtəlif layihələrimiz mövcuddur. İnşallah  bu layihələrin icrasını tezləşdirəcəyik”.  
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.
Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məsədilə İranın Mehran sərhəd-keçid məntəqəsindən İraqın Nəcəf şəhərinə dördzolaqlı magistral yol çəkiləcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-29-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap