header

 Bakıda İlahi Eşqin Tərənnümü: “Kərbəla meracı ədəbiyyatda və sənətdə” adlı tədbir keçirilib - FOTO

Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə İlahi Eşqin Tərənnümü: “Kərbəla meracı ədəbiyyatda və sənətdə” adlı tədbir keçirilib.

Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə İlahi Eşqin Tərənnümü: “Kərbəla meracı ədəbiyyatda və sənətdə” adlı tədbir keçirilib.
 
Maide.Az "İslaminsesi"-ə istinadən xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə  ölkənin tanınmış ruhani-alimləri, ziyalıları və din xadimləri, Əhli-beyt şairləri və məddahları, partiya və təşkilat rəhbərləri, o cümlədən media mənsubları iştirak ediblər.
 
Tədbirdə bu günə qədər gəlib-keçən Əhli-beyt şairlərinin, məddahlarının,  İslam dininə hansı töhfələr verdiyi və nə kimi xidmətlər göstərdiyi əsas müzakirə mövzusu olub.
 
Tədbir Qurani-Kərimin tilavəti ilə açıq elan olunub.
 
Ardınca çıxış edən Qələm Yazarlar Birliyinin sədri Qurban  Cəbrayıl İmam Hüseyn (ə) məktəbindən, bu məktəbin İslam dünyasına  bəxş etdiyi misilsiz töhfələrdən söz açıb. O, bildirib ki, Kərbəla faciəsi  ədalətin batil üzərində qələbəsidir. Başqa sözlə ifadə etsək Aşura günü İlahi eşqin küfrani hisslərə qalib gəldiyi gündür.  
 
Tədbirdə çıxış edən Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvi,ruhani Cəlal Şəfiyev bildirib ki,eşqə dəyər verən eşqin mütəlləqidir, yəni eşqin bağlandığı yerdir, aşiqin məşuqudur. 
 
“Aşiq öz məşuqunun istəyinə  uyğun rəftar edir. Bəzən insan  madiyyata aşiq olur və  məşuqunun məhdud olduğu üçün çox dəyərdən keçməli olur. Bir də var ki, insanın eşqinin bağlandığı yer bütün yaxşılıqların, bütün gözəlliklərin, haqqın, ədalətin mənbəi olan  pərvərdigarın özüdür. Belə olduqda insan məşuqunun – xalqinin xoşuna gələcək addımlar atır və nəticədə ortaya yalnız gözəllik  çıxır. İmam Hüseyndən (ə) öncə də, İmam Hüseyndən (ə) sonra da eşqdən danışan insanlar çox olub,  aşiqlik iddiasında olan çox insan olub, lakin İmam Hüseyn (ə) Kərbəlada eşqi nümayiş etdirməklə  hamının dilini qısa etdi və hamının eşqini kölgədə qoydu. Biz  Kərbəlaya baxanda eşqdən doğan ədəbi görürük. Həzrət  Zeynəbin (s) “gözəllikdən başqa bir şey görmədim” və yaxud “Allahım bizdən bu kiçik qurbanı qəbul elə” buyurduğu  bu kəlam məşuqun hüzurunda  eşqdən doğan ədəbə uyğun danışıq formasıdır."
 
Daha sonra çıxış edən Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri Növrəstə İbrahimova da Kərbəla faciəsinin bizə miras qoyduğu ibrətamiz nümunələrdən danışıb.  O, bildirib ki, İrqindən, din və dilindən asılı olmayaraq İmam Hüseyn (ə) hamınındır.  Bunu  Kərbəla ziyarətinə gələn qeyri-müsəlman ölkələrinin  nümayəndələri bir daha öz dilləri ilə təsdiq edirlər.
 
Daha sonra tədbirdə çıxış edən ilahiyyatçı alim Əfqan Muradov, sənətşünas Ziyad Xan Əliyev,  Əhli-beyt şairi Musarza Heydərzadə,  məddah Yaşar Cahid Nardarani,  şair Aslan Aşiq,  fəlsəfə doktoru Mail Yaqub və digər qonaqlar da,  Kərbəla faciəsindən,  Əhli-beyt məktəbinin dünyaya verdiyi töhfələrdən söz açıblar.
 
Çıxışçılar bildiriblər ki,  xanım Zeynəbin (s.ə) Kərbəlada kəsilən mübarək başların əvəzinə, böyük  bir məktəb inşa etdiyini dilə gətiriblər.  Bu məktəbin” xanım Zeynəb və ya eşq” məktəbi olduğunu deyən çıxışçılar, qəlbində eşqi olan hər kəsin İmam Hüseyn (ə) yolundan bəhrələndiyini diqqətə çatdırıblar. Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.
 
 
 
 
 
 
 
 
 
 
 
Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə İlahi Eşqin Tərənnümü: “Kərbəla meracı ədəbiyyatda və sənətdə” adlı tədbir keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap