header

 Azərbaycanlı şəhid 2018-ci ildə islam dünyasının nümunəvi şəhidi elan olundu - Foto

Ötən gün İraqın Nəcəf şəhəri böyük "Savratul-işrin" meydanında İslam dünyası şəhidlərinin beynəlxalq anım mərasimi təşkil olunub.

Ötən gün İraqın Nəcəf şəhəri böyük "Savratul-işrin" meydanında İslam dünyası şəhidlərinin beynəlxalq anım mərasimi təşkil olunub.
 
Tashaio.com kerbela.info-a istinadla xəbər verir ki, belə bir mərasim, Ərbəin ziyarəti tarixində ilk dəfə olaraq "məzlum Qarabağ şəhidləri" adı altında baş tutub və Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırov, 2018-ci ildə İslam dünyasının ən nümunəvi şəhidi seçilib.
 
Həmçinin bu qəhrəman şəhid, dünyanın müxtəlif ölkələrindən gələn Ərbəin ziyarətçilərinə tanıtdırılıb.
 
Tədbirdə  iştirak edən müxtəlif ölkə nümayəndələri Qarabağı İslam dünyasının dərdi hesab etdiklərini və Qarabağ böhranının həlli üçün İslamda mövcud olan potensiallardan istifadə etməyin lazım olduğunu qeyd etdilər. Bu nümayəndələr bildirdilər ki, Qarabağ mövzusu İslam dünyasının əsas dərdlərindəndir.
 
Sonda belə qərara alındı ki, bu mərasim hər il İslam dünyasından olan bir nümunəvi şəhidin adı ilə qurularaq Ərbəin zəvvarlarına tanıtdırılsın. İlk dəfə olaraq isə bu mərasim 2018-ci ilin Ərbəin yürüşündə Azərbaycanın milli qəhrəmanı Allahverdi Bağırovun adına baş tutdu və o, bu il İslam dünyasının nümunəvi şəhidi seçildi.
 
 
 
 
Ötən gün İraqın Nəcəf şəhəri böyük "Savratul-işrin" meydanında İslam dünyası şəhidlərinin beynəlxalq anım mərasimi təşkil olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap