header

 Vəhabi kral və oğlu öldürülən jurnalistin ailəsinə başsağlığı verib

Səudiyyə kralı jurnalist Qaşıqçının ailəsinə başsağlığı verib.

Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz Ali Səud və onun oğlu, vəliəhd şahzadə Məhəmməd bin Salman telefon vasitəsi ilə öldürülmüş səudiyyəli müxalif jurnalistin ailəsinə başsağlığı veriblər.

Bildirilir ki, kral və vəliəhd şahzadə telefon danışığı zamanı öldürülmüş jurnalist Camal Qaşıqçının oğlu Salaha və onun bütün ailə üzvlərinə başsağlığı veriblər.

Salah isə, öz növbəsində, kral və vəliəhd şahzadəyə başsağlığı və təsəlliyə görə öz təşəkkürünü bildirib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud Ali Muəcib jurnalistin İstanbuldakı diplomatik missiya ərazisi daxilində qətlə yetirildiyini etiraf edib.

Səudiyyə kralı jurnalist Qaşıqçının ailəsinə başsağlığı verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap