Tramp: Kim Çen Inın mənə yazdığı eşq məktublarını hamıya göstərəcəyəm
Posted on : Digər sahələr 10/22/2018
ABŞ prezidenti Şimali Koreya lideri ilə məktublaşmasından danışıb.
Tashaio.com-un “The Washington Post”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreya lideri Kim Çen Inın ona göndərdiyi məktubları üzə çıxaracaq. Tramp həmin məktubları “eşq məktubları” adlandırıb.
“Mən sizə məktubları göstərəcəyəm. Onlar sevgi məktubları kimidir.”, - deyə Tramp qeyd edib.
O bildirib ki, bu məktublar iki lider arasındakı məhsuldar münasibətlərin sübutudur.
Xatırladaq ki, Tramp iyun ayında görüşdən sonra bildirmişdi ki, Kim Çen In və onun arasında xoş münasibətlər yaranıb.
Tramp həmçinin Kim Çen Ina güvəndiyini də deyib.
Bundan başqa, Tramp Şimali Koreya liderini ulu elçi də adlandırıb.