header

 Türk politoloq: İŞİD-in Suriyada qalması ABŞ-a sərf edir - SƏBƏB

“İŞİD ABŞ-ın Suriyada qala bilməsi üçün əsasdır."

Tashaio.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatının Suriyadakı mövcudiyyətinin qalması ABŞ-a sərfəlidir. Bu, Suriyada ABŞ qoşunlarının qala bilməsi üçün olan bəhanədir. Bunu Türkiyənin “Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin direktoru Həsən Oktay bildirib.

Xatırladaq ki, daha öncə Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Fərat çayının sahilində, ABŞ-ın patronatı altındakı ərazilərdə terrorçular 700 nəfərə yaxın insanı əsir götürüb. Onun sözlərinə görə, əsirlər arasında bir neçə ABŞ və Avropa vətəndaşları da var. ABŞ Müdafiə Nazirliyindən isə bildiriblər ki, bu məlumatları qeyri-dəqiq hesab edirlər və ABŞ-ın çox sayda insanın əsir edilməsi haqda məlumatı yoxdur.

İŞİD ABŞ-ın Suriyada qala bilməsi üçün əsasdır. Qruplaşmanın məhv edilməsi isə paradiqmanın sınması deməkdir. ABŞ isə bu paradiqma çərçivəsində Suriyada qalır. Məhz buna görə də ABŞ 700 nəfərin əsarəti haqda susur. Putinin sözlərini həqiqət hesab edirəm. İŞİD terrorçularının əlində ABŞ vətəndaşları olduğu üçün ABŞ İŞİD-ə qarşı əməliyyat başlatmır. Eyni zamanda da, ABŞ bu qruplaşmanın Suriyadakı mövcudiyyətini bəhanə edərək özünün Suriyadakı, guya ki, qanuni mövcudluğunu saxlamağa davam edir.”, - deyə Oktay bildirib.

Onun sözlərinə görə, İŞİD gələcək əməliyyatlarında həmin əsirlərdən istifadə edə bilər.

“İŞİD ABŞ-ın Suriyada qala bilməsi üçün əsasdır."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap