İran: Biz ABŞ-ın daxili işlərinə müdaxilə etmirik
Posted on : iran 10/22/2018
İran ABŞ-ın ittihamlarına cavab verib.
Tashaio.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, İran ABŞ-ın rəsmi Tehranın rəsmi Vaşinqtonun daxili işlərinə qarışması haqda ittihamlarını təkzib edib.
“Ağ Ev artıq çoxdandır başqa ölkələri konkret siyasi səbəblərə görə ittiham etməyə çalışır və hər gün öz xəyali siyahısına yeni ölkələrin adlarını daxil edir.”, - deyə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Bəhram Qaseminin bəyanatında deyilir.
O əlavə edib ki, daha öncə ABŞ prezidenti Donald Tramp iddia edirdi ki, “İran öz daxili işlər ilə məşğuldur” və “o qədər zəifdir ki, hətta regional problemlər haqda belə düşünə bilmir”, “yalnız öz sağ qala bilməsi haqda düşünür”.
“O zaman necə belə bir ölkə ABŞ-dakı parlament seçkilərinə müdaxilə edə bilər?”, - deyə Qasemi bildirib.